Ölkələrimiz arasındakı əlaqələr konstruktiv və çoxtərəfli xarakter daşıyır Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri

Mədəniyyət 17:52 22.02.2019

Anastasiya Lavrina, Eurasia Diary

Azərbaycanla Rusiya arasındakı münasibətlər yüksələn xəttlə, inamla inkişaf edir və gələcəkdə də inkişaf etdiriləcək və dərinləşəcək. Eyni zamanda, əlaqələrin ölkə liderləri tərəfindən müəyyən edilən siyasi aspektləri də vacibdir. Bunu Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri Natalya Krasovskaya Eurasia Diary-nin müxbirinə bildirib.

- Natalya Rudolfovna, nə düşünürsünüz, Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdirilməsinin əsasında hansı amil durur?

- Rusiya ilə Azərbaycanı ümumi tarix birləşdirir. Biz hər hansı bir sərhəd olmadan böyük bir dövlətin içində birlikdə yaşamışıq və inkişaf etmişik. Daha sonra isə qonşu və dost olmuşuq. Əsrlər boyu bizim xalqlarımız bir çox şeylərin qavranılmasında oxşar yanaşmanı inkişaf etdirmiş və bir çox sahələrdə ümumi əlaqələr qurmuşlar: Bu gün biz iki qardaş xalqın tarixi yaddaşını birgə gücləndiririk. Sovet İttifaqının dağılmasından sonra, Azərbaycanın ümummilli lideri Heydər Əliyev böyük uğurlar qazanmış dövlətlərarası münasibətlərimizi bu əsas prinsiplər üzərində qurmaqla böyük siyasi iradə nümayiş etdirdi: Vladimir Vladimiroviç Putin və İlham Heydər oğlu Əliyev aralarındakı səmimi dostluqla yalnız rəsmi deyil, həm də şəxsi ünsiyyət qurublar. Onlar arasındakı danışıqlar hər zaman iqtisadi və humanitar əməkdaşlığın gələcək inkişafına təkan verəcək. Bu, ölkələrimiz arasında uğurlu strateji tərəfdaşlığın üçüncü səbəbidir. Rusiya ilə Azərbaycan arasında münasibətlər konstruktiv və çoxtərəfli xarakter daşıyır və həyatımızın bütün sahələrini əhatə edən bir çox birgə layihələr həyata keçirilir. Bunlar beynəlxalq arenada ümumi siyasi mövqelər, sənaye sahəsində əməkdaşlıq və mədəniyyət mübadiləsi - hamısı bir yerdə, dostluq və qardaşlığın güclü birləşməsini təmin edir.

- 2019-cu ilin əvvəli ikitərəfli münasibətlərin inkişafı üçün nə qədər uğurlu olub və bu ildə hansı sahələrə xüsusi diqqət yetiriləcək?

- Hazırda Rusiya-Azərbaycan münasibətlərində inamlı bir yüksəliş var və bundan sonra da inkişaf etdiriləcək və dərinləşəcək. Buna zəmanət verən amil isə 2024-cü ilə qədər olan müddətdə qəbul edilmiş əməkdaşlıq proqramıdır, belə ki, əldə edilmiş razılaşmaların və birgə fəaliyyətin bütün sahələrini əhatə edən beş "yol xəritəsi"nin həyata keçirilməsi bu il üçün prioritet sayılır. Mən böyük enerji, neft-qaz layihələrində, elmdə, səhiyyədə və yüksək texnologiyalar sahəsində ticarət və iqtisadi əməkdaşlığın fəal inkişafını proqnozlaşdıra bilərəm. Əlbətdə ki, 2018-ci ildə imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya sayəsində yeni təkan verilən Şimal-Cənub qlobal nəqliyyat layihəsi və Xəzərin sərvətinin birgə istismarı sahəsində daha bir tərəfdaşlığı qeyd edə bilərik. Humanitar əməkdaşlığa gəlincə, burada ayrıca nəyisə qeyd etmək çətindir: mədəniyyət sahəsində birgə layihələr çoxdur, muzey işindən və təhsildən turizmə və qastrol səfərlərinə qədər. Əlbəttə ki, bu il Rusiyanın vasitəçiliyi ilə Dağlıq Qarabağ probleminin həllində real irəliləyişlərin baş verməsini istərdim. Çünki, ölkəmiz Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və münaqişənin sülh yolu ilə həllini davamlı şəkildə müdafiə edir.

- Azərbaycanla Rusiya arasında əlaqələrin möhkəmləndirilməsində xalq diplomatiyası və qeyri-hökumət təşkilatlarının rolunu necə qiymətləndirirsiniz?

- Sözsüz ki, ölkələrimiz arasındakı əlaqələrin liderlər tərəfindən müəyyən edilən siyasi aspektləri çox vacibdir. Ancaq insan faktoru da rol oynayır və bu ünsiyyət Rusiyanı və Azərbaycanı bir-birinə yaxınlaşdırmaq, yaxşı qonşuluq münasibətlərinin qurulmasına kömək etmək üçün mühüm bir missiya həyata keçirir. Azərbaycan dostluğu nümayiş etdirməyə hər zaman açıq bir ölkədir. Bunun kökündə azərbaycanlıların özünəməxsus multikulturalizmi yatır. Ancaq humanitar tərəfdaşlıq yalnız öz milli mədəniyyətini dərk etmək deyil, digər mədəniyyətləri anlamaq və qəbul etmək istəyidir.

Xalqlarımız arasında humanitar mübadilə üçün istifadə olunacaq üstünlük dil maneəsinin olmamasıdır. Bundan əlavə, son illərdə Rusiyada Azərbaycanın tarixi, mədəniyyəti və dilinə marağın artdığının şahidi olmuşam, həmçinin turist mübadiləsi ciddi şəkildə intensivləşib. Bütün bunlar, "yumşaq güc" adlanan xalq diplomatiyasıdır.

Rusiya-Azərbaycan Dostluq Mərkəzi Dövlət Dumasının deputatı Dmitri Savelyevin rəhbərliyi altında Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu çərçivəsində xalqlarımız arasında etimad mühitin yaradılması və mənfi fikirlərin aradan götürülməsi məqsədilə yaradılıb. Dövlət Dumasında bizim mərkəzin iştirakı ilə Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun himayəsi altında ölkələrimiz arasında mədəni əlaqələr üzrə bir sıra dəyirmi masaların keçirilməsi planlaşdırılır. Bu günlərdə birinci belə "Mədəni körpülər Rusiya və Azərbaycan arasında mədəniyyətlərarası dialoqun əsası kimi" adlı tədbir keçirildi.

- Məlumdur ki, siz də dəyirmi masada iştirak etmisiniz. Mədəniyyətlərarası dialoqun intensivləşməsində mədəni mübadilə və birgə təhsil proqramları hansı yeri tutur?

- Xalqın dili, mədəniyyəti və ruhuna olan maraq bir-birinə çox bağlıdır. Hesab edirəm ki, dövlət səviyyəsində, həm Rusiya, həm də Azərbaycanda bir-birinə olan maraqları stimullaşdırmaq üçün hər cür səy göstərilməlidir. Mən tez-tez Azərbaycana səfər etmişəm, milli bayramlarda iştirak etmişəm və ya adi azərbaycanlıların ailələrində olmuşam.  

- Bakıda keçirilən daha hansı tədbirlərdə iştirak etmək niyyətindəsiniz və Bakıya səfər etməyi planlaşdırırsınız?

- Mart ayının ortalarında Bakıda VII Qlobal Bakı Forumu keçiriləcək. Mövzu yeni xarici siyasət olacaq. Forumda 70-dən çox ölkənin 450 nümayəndəsi iştirak edəcək. Azərbaycan uzun müddətdir ki, qlobal problemlərin müzakirə olunduğu, həlli yollarının müəyyənləşdirildiyi dialoqun mərkəzi olmuş, dünya ictimaiyyətinə dini, irqi və siyasi tolerantlıq modelləri təqdim olunmuşdur. İnanıram ki, buna çox səmərəli dialoqa hər zaman hazır olan, çox açıq, qonaqpərvər və dost insanlar olan azərbaycanlıların milli xarakteri kömək edir. Mən də forumda iştirak edəcəyəm. Xüsusilə, "Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu" mövzusunda panel müzakirələr və gənc siyasətçilərin, gənc liderlərinin roluna həsr olunmuş toplantılar xüsusi maraq doğurur. Əlbəttə ki, mən səbirsizliklə dostlarımla, həmkarlarımla və unudulmaz Bakı baharı ilə görüşəcəyim Azərbaycan torpağıyla növbəti görüşü gözləyirəm.

 

Müsahibəni götürdü: Anastasiya Lavrina

Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndələri Ağdama səfər ediblər - VİDEO - FOTOLAR

Xəbər xətti

Aİ nümayəndəliyi: Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur
11:20 16.04.2024
Yaponiya vətəndaşlarını itirir - Yarım milyon azalma...
Yaponiya vətəndaşlarını itirir - Yarım milyon azalma...
11:15 16.04.2024
İsrailin Irana qarşı GİZLİ PLANI
İsrailin Irana qarşı GİZLİ PLANI
11:05 16.04.2024
Tacikistan Türkiyə vətəndaşları üçün viza tətbiq etməyə başlayıb
Tacikistan Türkiyə vətəndaşları üçün viza tətbiq etməyə başlayıb
11:00 16.04.2024
İranda 12 yaşlı qızlar hicaba görə həbs edilir
10:50 16.04.2024
Bu ölkədə ordu təşvişə düşdü! - SƏBƏB
Bu ölkədə ordu təşvişə düşdü! - SƏBƏB
10:45 16.04.2024
Bu gün Bakıda 23 dərəcə isti olacaq
10:40 16.04.2024
Prezident Şirvan suvarma kanalının təməlini qoydu
10:38 16.04.2024
Ermənistan üçün seçim: Ya sülh, ya da... – Türkiyəli politoloq ŞƏRH EDİR
10:32 16.04.2024
Çindən Almaniyaya xəbərdarlıq
Çindən Almaniyaya xəbərdarlıq
10:20 16.04.2024
TƏBİB sürücülərə müraciət etdi: “Yol ver, həyat qurtar!” - VİDEO
10:14 16.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:05 16.04.2024
"Sovet Respublikaları İnzibati sərhədləri beynəlxalq sərhədlər olmalıdır" -Vasilis Maragos
"Sovet Respublikaları İnzibati sərhədləri beynəlxalq sərhədlər olmalıdır" -Vasilis Maragos
10:00 16.04.2024
Bu gündən “Karantin” başladı - FOTO
09:55 16.04.2024
Aİ lideri Şarl Mişel ilə liderlər görüşü keçirilib
Aİ lideri Şarl Mişel ilə liderlər görüşü keçirilib
09:54 16.04.2024
İran və Rusiya yeni saziş imzalayır
İran və Rusiya yeni saziş imzalayır
09:50 16.04.2024
ABŞ İrana neft sanksiyası tətbiq edəcək?
ABŞ İrana neft sanksiyası tətbiq edəcək?
09:42 16.04.2024
Cəbrayılda 29 ədəd tank əleyhinə mina aşkarlanıb
09:32 16.04.2024
Bakıda İran vətəndaşı avtomobillə piyadanı öldürdü
09:30 16.04.2024
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
09:10 16.04.2024
Bakının bir sıra küçələrində sıxlıq var - SİYAHI
09:00 16.04.2024
Əfqanıstan və Omanda daşqınlar fəlakətlərə SƏBƏB OLUR
07:28 16.04.2024
Türkiyədə “Meta”ya məxsus bir sosial şəbəkə BAĞLANDI
06:40 16.04.2024
“Tesla” işçilərinin 10 %-dən çoxunu ixtisar edəcək
05:25 16.04.2024
782-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
04:36 16.04.2024
Bulvarda gəzinti gəmiləri niyə işləmir?
03:58 16.04.2024
Əziz Mariya, müttəfiq belə olur - Melkonyan
02:07 16.04.2024
Bu ölkənin istəyi ilə təyyarələri havaya qaldırdıq - Makron
01:00 16.04.2024
Saakaşvili tərəfdarlarını etiraz aksiyasına çağırdı
00:10 16.04.2024
Hakan Fidan Quterreşlə danışdı
23:40 15.04.2024
Azərbaycanda İKT sektorunda qadın sahibkarların sayı 11 % artıb
23:24 15.04.2024
Çingiz Mehdiyevə 12 ilə kimi həbs cəzası verilə bilər
23:00 15.04.2024
“Beşiktaş” Almaniya klubunun təklifini rədd etdi
22:44 15.04.2024
İmişlidə əmək yarmarkası keçiriləcək
22:22 15.04.2024
Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
22:00 15.04.2024
Almaniyada Rusiyanın bloklanmış aktivlərinin məbləği açıqlanıb
21:44 15.04.2024
Rusiya və İsrail rəsmiləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:22 15.04.2024
Çexiyada rekord sayda göy öskürək xəstəliyinə yoluxma halı qeydə alınıb
21:15 15.04.2024
İtaliyanın Tehrandakı konsulluğu fəaliyyətini dayandırıb
21:10 15.04.2024
Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - YENİLƏNİB
21:05 15.04.2024
Hamısı