Bakıda “Sarı gəlin” abidəsi belə ola bilər - VİDEO | Eurasia Diary - ednews.net

23 Aprel, Çərşənbə axşamı


Bakıda “Sarı gəlin” abidəsi belə ola bilər - VİDEO

Mədəniyyət A- A A+

Mən "Sarı gəlin" abidə kompleksinin yerini keçmiş Sovetski ərazisində, yeni salınacaq yaşıllıq parkında görürəm. Düşmənlərimiz tərəfindən oğurlanmış məşhur “Sarı gəlin” xalq mahnımızın şərəfinə “Sarı gəlin” abidə kompleksini çoxdan işləyib hazırlamışam. Belə bir abidənin yaranmasının vaxtının gəlib çatdığını düşünürəm.

Eurasia Diary xəbər verir ki, bu sözləri Türkdilli Ölkələrin Beynəlxalq Araşdırmaları Elmlər Akademiyasının professoru, Hannover Elmlər Akademiyasının akademiki, Azərbaycan Memarlar İttifaqının üzvü memar Cahid Həsənov Report-a geniş müsahibəsində deyib.

Memar bildirib ki, bu abidə tezliklə ucaldılmalıdır, yoxsa ermənilər buna da sahib çıxmağa çalışacaq, abidə ucaldacaqlar:

“Keşmiş Sovetski Bakının amfiteatrı kimi bir relyefli ərazidir. Burada bu kompleks sanki tamaşa məkanı kimi effekt verər. Digər yerlər, Ağ şəhər, ümumiyyətlə, Xəzər dənizi sahili ərazi də ola bilər. Heykəlin ilk növbədə yerinin, məkanının həlli vacib məsələdir. Memar kimi, bu abidənin yerinin məhz Bakı şəhərində olmasını məsləhət bilərək, sənədləri Bakı Şəhər İcra Hakimiyyətinə təqdim etmişəm. Lakin bunun reallaşmasının yubanmasından, bu məsələyə cavabın verilməməsindən çox narahatam. Qorxuram ki, ermənilər “Sarı gəlin” mahnısı kimi, "Sarı gəlin" kompleksini də oğurlayarlar”.

C.Həsənov bildirib ki, hazırladığı kompleks haqqqında ətraflı məlumat da verib:

“Bu abidə kompleksinin formatı, zənginliyi, effektliyinin olmasının məsuliyyətini dərindən dərk etdiyimdən hər bir kiçik detalı üzərində belə aylarla işləmişəm. “Sarı gəlin” musiqisi sədaları altında hərəkət edəcək dinamikli su effektləri, mahnının sözlərində deyildiyi kimi: “saçın ucun hörməzlər” sözünün abidə kompleksinin dizaynında işlənməsi dünya memarlğında bir ilkdir və mahnının sözü ilə abidə dizaynı bir-biri ilə vəhdət təşkil edir. Dünya memarlığında ilk olaraq mahnının mətni kompleksdə davam etdirilir. “Saçın ucun hörməzlər”i fəvvarələr qoynunda uzanan hörükləri mərmərlə davam etdirmişəm. Bu abidə kompleksində kluminasiya nöqtəsi, ən çətin olan "Sarı gəlin" heykəlinin özünün formatı oldu və mən bunu protatip kimi tapdım. Bu heykəlin yer səthindən hündürlüyü 7.5 metrdir (4 metr kürsü, 3.5 m heykəl). Heykəl ətrafında olan fəvvarənin diametri 30 metr, layihənin tam diametri isə 60 metrdir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...