"Bu son günlərdə baş verən hadisəyə laqeyid qalıb susa bilmədim. Bir ana kimi, bir insan kimi cəmiyətimizdə baş alıb gedən bu qəddarlıq, laqeyidlik, zalımlıq məni narahat edir. Bunun sonu hara gedir?! Elinanın yerində hər kəsin övladı ola bilərdi. Heç kim deməsin ki, mən yaxşı valideyinəm, mənim uşağım bu kimi problemlə üzləşə bilməz. Əsla. Hamımız özümüzü yaxşı düzgün biri hesab edirik. Lakin özümüzə sual verək doğurdanda bu belədir? Əgər ki, hamı düzdürsə, onda bu cəmiyyətdə qüsurlar kimin səhvindən yaranır?!"
Bunu 101.az saytına Vinq Çun döyüş sənəti federasiyasının təsisçisi və birinci vitse prezidenti Jalə Əhmədova son günlər Azərbaycanda baş verən mətəblinin intiharı ilə bağlı bildirib.
Jalə Əhmədova: "Elinanın ölümü görün neçə sahədə olan boşluqları üzə çıxartdı. Kimsə canını qurban verməlidir ki, bunlar işiqlansın?!
Neçə gündür bu olay məni dinc buraxmır. Beynimdədir o uşaqciğazın keçirdikləri, onun tənha qalıb öz problemlərində boğulmağı, səsini duyura bilməməsi, ürəyində tək çarpışması, ümidsizliyi. Bu yaşda olan uşaq dünyaya nifrətlə yanaşmamalıdır!
Məni dəhşətə gətirən odur ki, Elinanın məktəb yoldaşları ailələrindən necə tərbiyə alıblar? Doğrudanmı valideyinlər uşaqlarına rəhm, mərhəmət ədalət hissi aşılamırlar? Düşünürəm ki, yox. Biz ağsaqqallarımızdan, agbirçəklərimizdən belə görmüşük ki, ailəni idarə etmənin, uşaqların tərbiyəsi, qabliyyəti ilə, təhsili ilə məşqul olmaq yükünün çox hissəsi anaların öhdəsinə düşür. Lakin faciyəmiz ondadır ki, analar həddindən artıq sosiallaşıblar, əllərindən mobil telefon düşmür, virtual həyatda yaşayırlar. Cəmiyyətdə bir çox qadının maraq dairəsi ailəsindən kənardır, başqalarının həyatı daha çox maraq kəsb edir. Bu danılmaz faktdır! Analıq hissi o zaman baş qaldırır ki, çaşıb qonşunun oğlu və ya qızının bunların övladları ilə mübahisəsi düşər. Bu böyük səhvdir! İki uşağın ikisində də bu tərs nəticəsini göstərir.
Hesab edirəm ki, mənim uşağımdan yan keçdi, allah iraq eləsin, deyib laqeyidliklə yanaşmamalıyıq. Hər kəs Elinanın yerində öz övladını görsün. Gələcəyimizin, gənclərimizin nəyə doğru getdiyini dərindən düşünsünlər. Kişiliyə və xanımlığa məxsus olan dəyərlər itir, bunun fəsadları ağır olacaq, anlamırıq, dərk etmirik bunu. Hamımız sadəcə səlist, savadlı, gözəl cümlələrlə danışmağı bilirik. Danışmaqla düzəlmir heçnə. İndanın əməlində öz əksini tapmalıdır dedikləri. Hər şey göründüyü kimi gözəl olsaydı, dənizin suyu ovcumuzda mavi rəngdə olardı! Hesab edirəm ki, kimliyindən asılı olmayaraq, sosial statusundan asılı olmayaraq hər kəs bir dərindən düşünsün. Gənclərimizə diqqətlə nəzər yetirin. Sizin yaxud başqasının övladı fərq etməz, bir böyük olaraq bizim borcumuzdur bütün övladlara eyni qayğı ilə yanaşmaq. Ən azından heç olmasa öz övladımıza düzgün cavabdehlik daşıyaq, düzgün tərbiyə verək. Unutmuyaq ki, bu gün bu gənclərin Elinaya qarşı etdikləri, sabah biz valideyinlərədə tətbiq olunacaq. Həmən bu agressiya, bu zalımlıqla nə vaxtsa biz özümüzdə üzləşəcəyik və o zaman etmədiklərimizə peşman olaciyiq!"