VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlandı

Mədəniyyət 13:01 26.04.2024

1-3 may tarixlərində ölkəmizdə “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq.

Ednews xəbər verir ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi olan Forumun əsası 2011-ci ildə qoyulub. Dövlət başçısının müvafiq sərəncamı (27 may 2011-ci il) ilə Forumun təşkilinin əlaqələndirici orqanı Mədəniyyət Nazirliyi müəyyən edilib.

Forumun əsas məqsədi mədəniyyətlərarası əməkdaşlıq və dialoqun təşviqi üçün mühüm beynəlxalq platforma kimi “Bakı Prosesi”nin rolunu möhkəmləndirməkdir.

Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin 1-3 may tarixlərində növbəti – VI Forumun keçirilməsi ilə bağlı tapşırıq verilib. Bu məqsədlə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri tərəfindən Tədbirlər Planı təsdiq edilib.

Forum BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT-nin Ümumdünya Turizm Təşkilatının birgə tərəfdaşlığı ilə keçiriləcək.

Üç gün davam edəcək Forum çərçivəsində 12 panel müzakirə və 4 plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Müzakirə olunacaq mövzular təhsil, gənclər, xüsusilə də iqlim dəyişikliyi fonunda mədəni irsin mühafizəsi, ksenofobiya, qanunsuz miqrasiya və digər sahələri əhatə edir.

Forum çərçivəsində həmçinin bir sıra ölkələrdən 100-dən artıq dini liderin iştirakı ilə “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” adlı plenar iclasın keçirilməsi də planlaşdırılır.

Forum iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfəri, Ağdam və Şuşada iki xüsusi panel sessiyanın keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Bakıda ilk dəfə 2011-ci ildə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha sonra 2013, 2015, 2017 və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkə və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı – hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıb. Eyni zamanda forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub.

Bəşəriyyəti narahat edən çağırışların diqqət mərkəzinə çəkildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb.

Onu da əlavə edək ki, ötən dövr ərzində “Bakı Prosesi” BMT tərəfindən mədəniyyətlərarası dialoqa dair vacib qlobal platforma kimi qəbul olunub.

"ASALA" terror təşkilatının üzvü delimitasiya etirazlarına qoşulub - VIDEO

Xəbər xətti

Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:06 06.05.2024
Fransa Ukraynaya qoşun göndərməsi xəbərini TƏKZİB ETDİ
Fransa Ukraynaya qoşun göndərməsi xəbərini TƏKZİB ETDİ
17:55 06.05.2024
DİN Bakıda əməliyyat keçirdi: Saxlanılanlar var
17:44 06.05.2024
Bakı dünyanın "İdman Paytaxtı” seçildi
17:38 06.05.2024
Konstantin Kosaçev: Bakının mövqeyi hörmət doğurmaya bilməz...
Konstantin Kosaçev: Bakının mövqeyi hörmət doğurmaya bilməz...
17:33 06.05.2024
Azərbaycanla Slovakiya arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanacaq
17:31 06.05.2024
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik”
17:16 06.05.2024
Slovakiyanın Baş naziri Robert Fiko Azərbaycana gəlir
17:08 06.05.2024
Fransa səfiri də Rusiya XİN-ə ÇAĞIRILDI
Fransa səfiri də Rusiya XİN-ə ÇAĞIRILDI
16:53 06.05.2024
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
16:42 06.05.2024
Bu dərman vasitəsinin bütün seriyaları geri ÇAĞIRILDI
16:26 06.05.2024
Terrorçu erməni keşiş revanşistlərə qoşulub - VİDEO
Terrorçu erməni keşiş revanşistlərə qoşulub - VİDEO
16:15 06.05.2024
Azərbaycan xalq artisti  Kral III Çarlzla görüşüb
Azərbaycan xalq artisti Kral III Çarlzla görüşüb
16:12 06.05.2024
Bu gün "İnsan Alverinə Qarşı Mübarizə" günüdür
Bu gün "İnsan Alverinə Qarşı Mübarizə" günüdür
16:08 06.05.2024
Hansı halda moped sürücüləri cəzalandırılacaq? - RƏSMİ AÇIQLAMA
16:00 06.05.2024
Hərbi vəzifəlilərin təlim toplanışı davam edir
15:52 06.05.2024
Rusiya-Ukrayna müharibəsi nə vaxt bitəcək? - Ərəb Ekspertin Şərhində
15:47 06.05.2024
"FourFourTwo" dünyanın ən yaxşı stadionlarının reytinq cədvəlini yeniləyib
"FourFourTwo" dünyanın ən yaxşı stadionlarının reytinq cədvəlini yeniləyib
15:42 06.05.2024
ABŞ səfiri Şuşa səfərindən danışıb - VİDEO
ABŞ səfiri Şuşa səfərindən danışıb - VİDEO
15:30 06.05.2024
ABŞ səfirinin Şuşa səfər erməniləri QƏZƏBLƏNDİRİB - FOTO
ABŞ səfirinin Şuşa səfər erməniləri QƏZƏBLƏNDİRİB - FOTO
15:30 06.05.2024
Rusiyadan Fransaya xəbərdarlıq: Ukraynaya ordu göndərilsə...
Rusiyadan Fransaya xəbərdarlıq: Ukraynaya ordu göndərilsə...
15:22 06.05.2024
"ASALA" terror təşkilatının üzvü delimitasiya etirazlarına qoşulub - VIDEO
15:12 06.05.2024
Almaniya Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb
Almaniya Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb
15:11 06.05.2024
Qubadlıda mina təmizləmə zamanı kəllə sümüyü tapılıb
14:49 06.05.2024
Almaniya Rusiyadakı səfirini geri ÇAĞIRDI
14:45 06.05.2024
Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək
14:40 06.05.2024
Tramp yenidən ABŞ-ın prezidenti olur? -  İngilis Politoloq AÇIQLAYIR
14:35 06.05.2024
ABŞ səfiri Şuşada Aydın Kərimovla görüşdü
14:26 06.05.2024
Si Tsinpinin Fransa səfəri nələri vəd edir? - ARAŞDIRMA
Si Tsinpinin Fransa səfəri nələri vəd edir? - ARAŞDIRMA
14:24 06.05.2024
Xankəndi Polis Şöbəsində YENİ TƏYİNAT
14:19 06.05.2024
Geomaqnit qasırğası gözlənilir – BU TARİXDƏ
14:13 06.05.2024
Səhiyyə naziri əhaliyə çağırış edib – VİDEO
Səhiyyə naziri əhaliyə çağırış edib – VİDEO
14:10 06.05.2024
Ermənistanda və Gürcüstanda keçirilən etiraz aksiyaları Azərbaycana necə təsir edəcək? - ŞƏRH
14:00 06.05.2024
Rusiya: Taktiki nüvə silahlarının tətbiq olunacağı hərbi təlimlər keçirəcəyik
Rusiya: Taktiki nüvə silahlarının tətbiq olunacağı hərbi təlimlər keçirəcəyik
13:50 06.05.2024
ANAMA həftəlik məlumatı təqdim edib - VİDEO
ANAMA həftəlik məlumatı təqdim edib - VİDEO
13:38 06.05.2024
Gömrük Komitəsi sədrinin yeni müşaviri o oldu
13:25 06.05.2024
Suqovuşan qəsəbəsində sümük fraqmentləri aşkar edilib
13:18 06.05.2024
Sabah hava necə olacaq?
13:05 06.05.2024
ABŞ səfiri Şuşaya gedib
13:00 06.05.2024
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:55 06.05.2024
Hamısı