Fazil Mustafa şair Ağacəfər Həsənlini təbrik edib - MƏTN

Mədəniyyət 19:45 30.04.2024

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa tanınmış şair-publisist Ağacəfər Həsənlini 70 illik yubileyi ilə bağlı təbrik edib.

Komitə sədrinin yubilyara ünvanladığı məktubda deyilir:

“Hörmətli Ağacəfər müəllim,

Sizi 70 illik yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!

Siz uzun müddətli, səmərəli ədəbi-ictimai fəaliyyət göstərmiş, onlarla gənc yazara mənəvi dəstək göstərmiş aydınlarımızdansınız.

Yaradıcılığınız, müraciət etdiyiniz mövzular poeziyanın, ədəbiyyatın əzəli-əbədi mövzularını əhatə etməklə yanaşı, ən müxtəlif əməli fəaliyyət sahələrini, habelə örnək ömürləri, unudulmaz ünvanları ehtiva etməkdədir.

Siz uzun illər populyar KİV-lərdə məsul vəzifələrdə çalışmış, poeziyada olduğu kimi, publisistikada da öz yaradıcılıq kredonuza sadiq qalmısınız.

Sizin yaradıcılığınız haqqında çoxsaylı məqalələr yazılıb. Azərbaycan Dövlət Dillər Universitetinin dosenti Oqtay Abbasın bu günlərdə işıq üzü görmüş “Sözün sirdaşı” adlı kitabı da sizin yaradıcılığınıza ayna tutur. “Sözün sirdaşı”ında həyat yolunuzdan yaddaqalan məqamlara işıq salınır, şeirlərinizin, poemalarınızın, çoxsaylı publisistik yazılarınızın özünəxas səciyyəsi ustalıqla yorumlanır. Siz özünüz də ədəbi nəsildaşlarınız öndə olmaqla onlarla yazarın ömrünə, yaradıcılığına dair maraqlı portret oçerklərlə çıxış etmisiniz.

Haqqınızda deyilən “Adı kimi...” yaraşdırması, sizi yaxından tanımayan amma yaradıcılığınıza bələd olan oxucularınızın da yəqinliyi kimi qəbul edilə bilər. Haqqınızda yazanlar doğma Lerikin təbiət gözəlliklərini – dağların qarını, ətəklərin barını öz qələminizlə kağıza köçürdüyünüzü məhəbbətlə vurğulayır. Haqlı olaraq, onu da vurğulayırlar ki, siz o gözəllikləri sadəcə təsvir və tərənnüm etmirsiniz, onlardan aldığınız zövqə məna qatırsınız. Lerikin uca dağlarının təmiz havası, suların səsi, dar dərələrin, yaşıl ormanların sirli nəfəsi sizin poeziyanızda, yazılarınızda, söhbətlərinizdə bütöv Azərbaycana məhəbbət, insanlığa sevgi, yaradılışın mahiyyətinin idrakı şəklində təzahür və təcalla edir.

Nə xoş təvafüqlükdür ki, 70 illik yubileyiniz “Yaşıl dünya naminə Həmrəylik ili”nə düşüb. – Siz KİV-lərdə bizi əhatə edən ətraf mühitin qayğısına qalınması, təbiətin qorunması və s. haqqında çıxışlar etmiş, yeri gəlincə “həyəcan təbili” çalmısınız. Belə qayğılanmalar sizi mənəvi ekologiya məsələlərinə gətirib çıxarmışdır.

İndiyədək 50-dən çox kitabınız gün üzü görüb, eləcə də, yüzlərlə kitabın redaktoru olmusunuz. Əsərləriniz müxtəlif xarici dillərə çevrilib.

Siz bir sıra beynəlxalq tədbirdə uğurla iştirak etmiş, o cümlədən Qaracaoğlan Poeziya Şöləninin baş ödülünə, TÜRKSOY-un və b. qurumların təltifinə layiq görülümüsünüz.

Sizi 70 illik yubileyiniz, ictimai və yaradıcılıq uğurlarınızla bağlı bir daha təbrik edir, Mədəniyyət Komitəsi adından ən xoş diləklərimi yetirirəm."

Cavanşir körpüsünün söküntüsü davam edir - VİDEO

Xəbər xətti

Dövlət Komitəsi və Penitensiar xidmət arasında birgə tədbirlər planı imzalanıb
02:27 22.05.2024
ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Azərbaycana səfər edib
01:00 22.05.2024
"Muğan Bank"ın əmlakları ilk dəfə hərraca çıxarılır
00:10 22.05.2024
"Günay Bank"ın əmlakları təkrar hərraca çıxarılır
23:42 21.05.2024
AVRO-2024: İngiltərə millisinin ilkin heyəti açıqlanıb
23:23 21.05.2024
Naxçıvanda kütləvi idman yarışı keçiriləcək
23:00 21.05.2024
Rəisi və digər rəsmilərin cənazəsi Qum şəhərinə gətirilib, vida mərasimi keçirilir
22:41 21.05.2024
Sumqayıtda 62 yaşlı fəhlə iş zamanı ölüb
22:26 21.05.2024
Biləsuvarda ilk dəfə müəllimlərin sertifikasiya imtahanları keçiriləcək
22:00 21.05.2024
Rumıniya vətəndaşları şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səyahət edə biləcək
21:47 21.05.2024
Çeçenistan hökumətinin başçısı istefa verib
21:32 21.05.2024
Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib
21:30 21.05.2024
Ermənistan və Ukrayna parlamentlərinin sədrləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
21:22 21.05.2024
Azərbaycanda lizinq şirkətinin 5 illik istiqrazları listinqə daxil edilib
21:00 21.05.2024
Azərbaycanın güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanıb
20:41 21.05.2024
Paşinyan hakim partiyanın həmtəsisçisini Xarici Kəşfiyyat Xidmətinin rəis müavini təyin edib
20:31 21.05.2024
BMT-nin mənzil-qərargahındakı bayraqlar yarıya endirilib
20:20 21.05.2024
Azərbaycanda ailə modeli niyə dağılmaq üzrədir? - Sosioloq SƏBƏBLƏRİ AÇIQLADI
20:00 21.05.2024
Cəlilabad sakini itkin düşüb
19:40 21.05.2024
İran lideri mərhum Rəisinin cənazəsi üzərində dua oxuyacaq
19:20 21.05.2024
ANAMA rəsmisi ABŞ-da azad olunmuş ərazilərdəki mina problemi barədə danışıb
19:10 21.05.2024
Vaşinqtonda VIII illik Transxəzər Forumu işə başlayıb
19:00 21.05.2024
Səfir: “Orta Dəhliz vasitəsilə enerji resursları və texnologiyalar da tədarük edilə bilər”
18:50 21.05.2024
Gələn il Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilə bilər
18:40 21.05.2024
İtaliyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
18:33 21.05.2024
Sabah Əfv Məsələləri Komissiyasının yekun iclası keçiriləcək, sənədlər təqdim olunacaq - EKSKLÜZİV
18:28 21.05.2024
Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu təbrik edib
18:17 21.05.2024
Ceyhun Bayramov Ukraynanın yeni səfirini qəbul edib
18:10 21.05.2024
Selçuk Bayraktar: "Azərbaycandakı "Akıncı" PUA-sı helikopterin axtarışı üçün hazır vəziyyətdə olub"
18:00 21.05.2024
"The Boeing" təyyarələrindən növbəti qəza şəraiti
"The Boeing" təyyarələrindən növbəti qəza şəraiti
17:50 21.05.2024
Minifutbol üzrə dünya çempionatı 2025-ci ildə Bakıda KEÇİRİLƏCƏK
17:45 21.05.2024
DİQQƏT! Bakının bir sıra ərazilərində işıq OLMAYACAQ
17:40 21.05.2024
Çörəyin qiyməti nə qədər bahalaşacaq? - Ekspert açıqlayır
17:30 21.05.2024
Azərbaycanlı yazıçı Ümumdünya Yazıçılar Təşkilatının katibi seçilib
17:25 21.05.2024
Azərbaycanda ilk dəfə udmurt yazıçısının kitabı işıq üzü görüb
17:14 21.05.2024
Azərbaycanın dəyişən enerji resursları və yaşıllaşan iqtisadiyyat – İlham Şabanın ŞƏRHİNDƏ
17:00 21.05.2024
Mayın 5-də keçirilən imtahanların nəticələri AÇIQLANDI
16:49 21.05.2024
Ceyhun Bayramov İran XİN başçısı vəzifəsini icra edən Əli Bağeri ilə telefonla DANIŞDI
16:37 21.05.2024
Zaqatalaya dolu düşüb – FAKTİKİ HAVA
16:28 21.05.2024
Allahşükür Paşazadə İran səfirliyində
16:15 21.05.2024
Hamısı