21 İyun, Cümə axşamı


BAMF sədri U.Mirzəyev Fələstinin Azərbaycandakı səfiri ilə görüşüb - FOTOLAR

Mədəniyyət

A- A A+

Sentyabrın 20-i Fələstinin Azərbaycandakı səfiri Naser Abdel Kərim Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisini ziyarət edib. Səfər çərçivəsində o fondun sədri Umud Mirzəyevlə görüşüb və Fələstinlə Azərbaycan arasında xüsusilə vətəndaş cəmiyyəti sayəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Cənab Mirzəyev Fələstin Azərbaycan əlaqələrinin vacibliyini vurğulayıb və gələcək əməkdaşlıq imkanlarına toxunub. Fondun vətəndaş cəmiyyətinin təşəkkülü, sülhü təbliğ etmə tədbirlərində iştirakı, insan hüquq və azadlıqlarının qorunması sahəsində fəaliyyəti barədə danışan U.Mirzəyev BAMF-ın missiyası və hədəfləri haqqında fələstinli diplomata geniş məlumat verib. Görüşdə İsrail-Fələstin münaqişəsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və digər vacib məsələlər müzakirə olunub. Səfir Naser Abdel Kərim fondun fəaliyyətindən çox məmnun olduğunu bildirib və tezliklə yeni bir görüşün keçirilməsini təklif edib.

 

 

1

1

1

1

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...