Azərbaycan Moskvada keçirilən IV Beynəlxalq İqtisadi Forumda təmsil olunub FOTOLAR

İqtisadiyyat 14:52 30.11.2017

2017-ci il 28-30 noyabr tarixlərində Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetində “Bizi gələcəkdə nə gözləyir” adlı IV Beynəlxalq İqtisadi Forum keçirilib. Forumda Azərbaycan da təmsil olunub.

Forumun əsas iştirakçılarından biri də BMT İqtisadi və Sosial Şurası (ECOSOC) yanında ümimi məşvərətçi statusa malik təşkilat olan Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) idi.

BAMF prezidenti Umud Mirzəyev və onun köməkçisi Anastasiya Lavrina Fondu təmsil edərək Forumun qonaqları və Maliyyə Universitetinin administrasiyası ilə bir sıra mühüm görüşlər keçirib. Plenar iclaslarda Forumun iştirakçıları, ekspertlər və dövlət strukturlarının nümayəndələri bir sıra iqtisadi proqnozlar və Rusiya iqtisadiyyatında islahatlara dair planlar səsləndiriblər.

Maliyyə Universitetinin rektoru Eskindarov Mixail Əbdürrəhmanoviç Forumda açılış nitqi ilə çıxış edib: “Biz ümid edirik ki, bizim Forumda yalnız gələcəyimizi necə qurmağımız deyil, həmçinin onun necə olacağı, gələcək nəsillərdən nə tələb edəcəyi məsələlərinə də toxunulacaq".

Maliyyə Universitetinin Beynəlxalq İqtisadi Forumu artıq dördüncü dəfə keçirilir və 3000-dən çox insanın iştirak etdiyi əlamətdar hadisə sayılır. Noyabrın 28-də Forumun açılışına həsr olunan plenar iclasda RF maliyyə naziri Anton Siluanov, Rusiya Prezidenti yanında sahibkarların hüququ üzrə müvəkkili Boruis Titov, tanınmış rusiyalı dövlət xadimi Aleksey Kudrin və digər dövlət rəsmiləri, biznesmenlər və ekspertlər çıxış edib.

Hər il Forum çərçivəsində Nobel mükafatı laureatlarından birinin açıq mühazirəsi təşkil olunur. Forumun builki fəxri qonağı 2013-cü ildə iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Robert Ceyms Şiller idi. O iki saat davam edən açıq mühazirə keçirdi.

Azərbaycan nümayəndə heyətinin Maliyyə Universitetinə səfəri çərçivəsində universitetin rektoru Eskindar M. A və prorektor Svetlana Bryuxeviçko Vladimirovna ilə görüş keçirilib. “Avrasiya” Təhsil Mərkəzi və Maliyyə Universiteti arasında əməkdaşlığa dair rəsmi anlaşma imzalanıb. Bu müqavilə iki institut arasında təhsil sahəsində əməkdaşlığı genişləndirəcək. Eyni zamanda, iki ölkənin, Azərbaycan və Rusiyanın gənc nəslinin qarşısında yeni üfiqlər açacaq.

Qeyd etmək istərdik ki, “Avrasiya” Təhsil Mərkəzi bu il BAMF-ın rəhbərliyi altında yaradılıb. Mərkəz bir sıra dil kursları və təhsil proqramları daxil olmaqla bir çox istiqamətlərdə fəaliyyət göstərir. O həmçinin Böyük Britaniya, Amerika, İsveçrə, Fransa, Yunanıstan, Polşa, Türkiyə və s. dövlətlərin aparıcı universitetləri ilə uğurlu əmkdaşlıq qurub.

Sonda BAMF-ın nümayəndə heyəti Avrasiya Xalqları Assambleyasının beynəlxalq təhsil və əməkdaşlıq üzrə komissiyasının rəhbəri Yuliya Petrova İqorevna ilə görüşüb. Təhsil sahəsi hər iki qurum arasında uzunmüddətli tərəfdaşlıq üçün geniş imkanlar açır.

Forumun ilk günü mədəni proqramla sona çatdı. Qonaqlar Moskva Dövlət Akademik Operetta Teatrında əfsanəvi “Yarasa” operettasını izlədilər.

 1

 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
Hamısı