18 İyun, Bazar ertəsi


Azərbaycan neftinin - SON QİYMƏTİ

İqtisadiyyat

A- A A+
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 7-də 66,45 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,13 dollar/barel azdır.
 
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
 
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 7-də 65,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,13 dollar/barel azdır.
 
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 7-də 61,29 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,34 dollar/barel azdır.
 
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə martın 7-də 65,25 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,37 dollar/barel azdır.
 

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...