Vergilər Nazirliyində YENİ STRUKTUR İyulun 1-dən fəaliyyətdə olacaq

İqtisadiyyat 17:42 29.06.2018
Vergilər Nazirliyində funksional idarəetmənin səmərəliliyinin artırılması məqsədilə nazirliyin strukturunda dəyişikliklər həyata keçirilib.
 
Vergilər Nazirliyinin aparatının yeni strukturunda nazirliyin Aparatı, Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması departamenti (Katiblik), Vergi auditi, İqtisadi təhlil və ekspertiza, Vergi siyasəti, Vergi öhdəliklərinin icrasına nəzarət, Vergi ödəyicilərinə xidmət, Dövlət qeydiyyatı və uçota nəzarət, İkitərəfli və çoxtərəfli sazişlərin icrasına nəzarət, Hüquq, Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi, Rəqəmsal vergi inzibatçılığı, İnsan resursları, Maliyyə, Daxili təhlükəsizlik departamentləri, habelə Media və Kommunikasiya Mərkəzi fəaliyyət göstərəcək. Vergilər Nazirliyinin yeni strukturu iyulun 1-dən fəaliyyətə başlayacaq.
 
Vergilər nazirinin əmri ilə nazirliyin struktur vahidlərinin funksional fəaliyyəti və vəzifələrinin bölgüsündə də dəyişikliklər edilib.
 
Vergi ödəyicilərindən daxil olan şikayətlərin baxılması işinin təkmilləşdirilməsi, funksional struktur vahidlərinin bu şikayətlərə baxılması zamanı vəzifə öhdəliklərinin keyfiyyətli icrasının təmin edilməsi məqsədilə Nazirliyin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması departamentində (Katiblik) İnzibati şikayətlərin araşdırılması idarəsi yaradılıb. Yeni idarə vergi öhdəliklərinin yerinə yetirilməsinin icrası zamanı cavabdeh qurumların fəaliyyətinə kənar nəzarəti həyata keçirəcək, mümkün korrupsiya elementlərinin qarşısının alınması və sahibkarlıq subyektlərindən daxil olan inzibati şikayətlərin sürətlə və səmərəli şəkildə həll edilməsi istiqamətində fəaliyyət göstərəcək.
 
Vergi yoxlamalarının unifikasiyası və yoxlamaların keyfiyyət göstəricilərinin artırılması məqsədilə nazirliyin aparatında Vergi auditi departamenti yaradılıb. Departament nazirliyin digər strukturlarının vəzifələrinə aid edilmiş yoxlayıcı funksiyaları cəmləyəcək, sahibkarlıq subyektlərində aparılan vergi nəzarəti tədbirlərinin koordinasiyasını həyata keçirəcək.
 
Ölkə iqtisadiyyatının yeni inkişaf strategiyasında və Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə nəzərdə tutulan hədəflərə nail olunması, habelə vergi sisteminin və vergi qanunvericiliyinin təkmilləşdirilməsinin elmi təhlillərə əsaslanaraq həyata keçirilməsi məqsədilə aparılan islahatlar çərçivəsində vergi ödəyicilərinin fəaliyyətinin makro və mikroiqtisadi təhlili ilə məşğul olacaq yeni strukturlar yaradılıb. Yeni yaradılan İqtisadi təhlil və ekspertiza departamentinin əsas funksional vəzifələrinə vergi bəyannamələrinin təhlili ilə yanaşı, iqtisadiyyatın real sektorunun və vergi ödəyicilərinin fəaliyyətinin mikroiqtisadi səviyyədə araşdırılması da daxil edilib. Eyni zamanda, departament vergi proqnozlaşdırılması və vergi ödəyicilərinin fəaliyyətinin təhlili prosesində müasir analitik-diaqnostik metodları və modelləşdirmə-simulyasiya üsullarını da tətbiq edəcək. Bununla yanaşı, iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyan bir sıra sahələrdəki iqtisadi proseslərin dərindən araşdırılması, bu araşdırmanın nəticələri əsasında vergi orqanlarının həmin sahələrdə iş keyfiyyətinin artırılması nəzərdə tutulur. Bu məqsədilə üç mühüm istiqamət – aksizli mallar, neft-qaz fəaliyyəti iştirakçıları və maliyyə-sənaye qrupları üzrə ayrıca iş aparılacaqdır.
 
Yenidən təşkil olunan Vergi siyasəti departamentinin strukturunda da dəyişikliklər edilib. Departament vergi qanunvericiliyinin tətbiqi və təkmilləşdirilməsi ilə yanaşı, vergitutma məsələlərinin araşdırılması, makroiqtisadi təhlillərin aparılması, vergi siyasətinin milli iqtisadiyyatın yeni inkişaf çağırışlarına uyğunlaşdırılması və bu məqsədlə vergi islahatlarının istiqamətlərinin hazırlanması ilə məşğul olacaq. Vergitutma bazasının təhlili və qiymətləndirilməsi prosesində iqtisadiyyatda baş verən tsiklik, konyuktur və struktur proseslər hərtərəfli tədqiq olunacaq, iqtisadi proseslərin vergi sisteminə və vergi siyasətinin iqtisadiyyata qarşılıqlı təsirlərinin kompleks araşdırılması aparılacaq və bu əsasda vergi siyasətinin taktiki və strateji çərçivələri daim təkmilləşdiriləcəkdir. Bununla yanaşı, fərdi sahibkarlarla aparılan işlərin keyfiyyətinin artırılması, fiziki şəxslərin vergitutma məsələləri ilə bağlı qarşılaşdığı məsələlərin həlli və bu istiqamətdə mövcud qanunvericiliyin daha da təkmilləşdirilməsi məqsədilə, ilk dəfə olaraq, departamentin tərkibində ayrıca fəaliyyət göstərəcək “Fiziki şəxslərlə iş şöbəsi” yaradılıb.
 
Vergi ödəyicilərinə xidmətin keyfiyyətinin artırılması, mütərəqqi təcrübəyə əsaslanan yeni xidmətlərin təşkili, mövcud elektron və ünvanlı xidmətlər sisteminin inkişaf etdirilməsi məqsədilə Vergi ödəyicilərinə xidmət departamentinin strukturu təkmilləşdirilib. Departament, əsasən, vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi, habelə xidmətlərin monitorinqi və təhlili sahəsində funksional vəzifələrin həyata keçirilməsi istiqamətində fəaliyyətini gücləndirəcək.
 
Sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı prosesi yeni yaradılan Dövlət qeydiyyatı və uçota nəzarət departamentinə həvalə edilib. Departament kommersiya hüquqi şəxslərin və fərdi sahibkarların dövlət qeydiyyatı işinin müasir tələblərə uyğunlaşdırılması, uçot-qeydiyyat məlumat bazalarının təhlili istiqamətində fəaliyyət göstərəcək.
 
Yeni yaradılan İkitərəfli və çoxtərəfli sazişlərin icrasına nəzarət departamenti ölkəmizin vergitutma sahəsində qoşulduğu sazişlərin icrası prosesini, məlumat mübadiləsinin aparılmasını və maliyyə institutlarında vergi monitorinqini həyata keçirəcək.
 
Struktur islahatları çərçivəsində yaradılan Rəqəmsal vergi inzibatçılığı departamenti elektron vergi inzibatçılığının tətbiqi, onun texnoloji təminatının daha yüksək səviyyəyə çatdırılması, məsafədən vergi xidmətlərinin göstərilməsi, müasir rəqəmsal texnologiyaların tətbiqi, operativ informasiya mübadiləsinin təmin edilməsi, informasiya təhlükəsizliyi sisteminin idarə edilməsi və vergi ödəyicilərinə aid məlumatların məxfiliyinin tam qorunması ilə məşğul olacaq.
 
Aparılan islahatlar çərçivəsində digər struktur bölmələrin də funksional vəzifələrinin optimallaşdırılması həyata keçirilib.
 
Qeyd olunur ki, vergi sistemində aparılan struktur islahatlarının əsas məqsədi vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, vergi inzibatçılığının əlverişli biznes mühitinin formalaşdırılmasına yönəldilməsi, korrupsiya və digər neqativ hallarla mübarizə sahəsində fəaliyyətin gücləndirilməsidir.
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı