Şimal Axını-2 qaz kəməri və Türk Axınının ikinci parçası Avropanın Rusiya qazından asılılığını artıracaq.
Bu barədə bəyanatı ABŞ Dövlət Departamenti yayıb. Dövlət Departamenti ABŞ-ın bu qaz kəmərlərinə qarşı çıxdığını bildirib.
Bəyanatda ABŞ-ın yalnız müttəfiqlərinin enerji təhlükəsizliyini gücləndirəcək layihələri dəstəklədiyi bildirilib. Vaşinqton dəstəklədiyi layihələr sırasında Cənub Qaz Dəhlizi və Qara dənizin Rumıniya sahillərində qaz yataqlarının işlənməsini göstərib.