Eurasia Diary xəbər verir ki, bu gün Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol Bakıda səfərdə olub və Azərbaycan Respublikasının Energetika Naziri Pərviz Şahbazovla görüşüb. Dr Birol və cənab Şahbazov Cənub Qaz Dəhlizini və Avropaya qaz mənbələri və çatdırılması marşrutlarının diversifikasiyasını artıraraq enerji təhlükəsizliyini yaxşılaşdırmaqda onun rolunu müzakirə edilblər.
Digər müzakirə mövzuları qlobal neft və qaz bazarları, Azərbaycanın günəş və küləyin enerjisindən istifadənin gücləndirilməsi, enerji səmərəliliyinin artırılması, BEA və Azərbaycan arasında institusional əlaqələrin və Aİ4Energy proqramının inkişafı nəzərdə tutulmuşdur. Nazir Şahbazovla görüşdən sonra Dr. Birol yerli və beynəlxalq jurnalistlərə mətbuat konfransı təşkil edib.
Daha sonra Dr. Birol Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti cənab Rövnəq Abdullaye ilə görüşüb. Onların müzakirəsi Cənub Qaz Dəhlizi və ARDNŞ-nin neft və kimya sənayesi üzrə daxildə və xaricdəki planlarına yönəlib.