Bu təşkilat Azərbaycana 815 milyon dollar ayıracaq | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə axşamı


Bu təşkilat Azərbaycana 815 milyon dollar ayıracaq

İqtisadiyyat A- A A+

Asiya İnkişaf Bankı (AİB) 2019-2021-ci illər ərzində Azərbaycanda layihələrə 815 milyon dollar ayırmağa hazırdır.

Eurasia Diary-nin trend-ə istinadən verdiyi məlumata görə, bu barədə bankın yeni biznes-planında deyilir.

2019-2021-ci illər üçün biznes-plan energetika, təhsil, maliyyə, İKT, dövlət sektorunun idarə olunması, su və şəhər infrastrukturları və xidmətlər sahəsində layihələrə vəsaitlərin ayrılmasını nəzərdə tutur.

Əsas diqqət ölkənin enerji sisteminin müasirləşdirilməsi (335 milyon dollar) və dövlət idarəetməsinin səmərəliliyinin artırılmasına (250 milyon dollar) verilir.

Həmin müddət ərzində bank həmçinin beş milyon dollar həcmində texniki yardım ayırmağı nəzərdə tutur.

Biznes-planda qeyd olunur ki, Asiya İnkişaf Bankı Azərbaycanda regional əməkdaşlıq və inteqrasiya üzrə təşəbbüslərin dəstəklənməsini davam etdirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...