Bu gün Əsrin Müqaviləsinin imzalanmasından 24 il ötür

İqtisadiyyat 12:35 20.09.2018

Bu gün “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə imzalanmasından 24 il ötür. Ümummilli Liderin 2001-ci il 16 avqust tarixli Sərəncamına əsasən hər il sentyabrın 20-si Azərbaycanda “Neftçilər günü” peşə bayramı kimi qeyd olunur. Bu barədə Eurasia Diary "AZƏRTAC"a istinadla xəbər verir.

1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 mlrd. dollar olan "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdır. "Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Exxon, Türkiyə Petrolları, Pennzoil, ITOCHU, Ramco, Delta) iştirak etmişdir. Bu müqavilədə Böyük Britaniyanın "British Petroleum" (qoyulacaq investisiyanın 17,12 faizi) və "Ramco" (2,08 faizi), ABŞ-ın "Amoco" (17,01 faiz), "UNOCAL" (11,2 faiz), "Penzzoil" (9,81 faiz), "McDermott" (2,45 faiz), Rusiyanın "Lukoil" (10,0 faiz), Norveçin "Statoil" (8,56 faiz), Türkiyənin "Türk petrolları şirkəti"nin (1,75 faiz) və Azərbaycan Neft Şirkətinin isə 20 faiz payı var idi.Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı.

"Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. İlk dəfə hesablanmış çıxarılabilən neft ehtiyatı 511 milyon ton olmuş, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu ehtiyat 730 milyon tona çatmışdır və bununla əlaqədar yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları qəbul edilmişdir; ümumi təmiz gəlirdən Azərbaycanın payına 80%, sərmayəçilərin payına 20% düşür.

Bu gün “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə imzalanmasından 24 il ötür. Ümummilli Liderin 2001-ci il 16 avqust tarixli Sərəncamına əsasən hər il sentyabrın 20-si Azərbaycanda “Neftçilər günü” peşə bayramı kimi qeyd olunur.

Təxminən 400 səhifə həcmində və 4 dildə tərtib olunmuş müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb. Bu müqavilədə Böyük Britaniyanın "British Petroleum" (qoyulacaq investisiyanın 17,12 faizi) və "Ramco" (2,08 faizi), ABŞ-ın "Amoco" (17,01 faiz), "UNOCAL" (11,2 faiz), "Penzzoil" (9,81 faiz), "McDermott" (2,45 faiz), Rusiyanın "Lukoil" (10,0 faiz), Norveçin "Statoil" (8,56 faiz), Türkiyənin "Türk petrolları şirkəti"nin (1,75 faiz) və Azərbaycan Neft Şirkətinin isə 20 faiz payı var idi. Bununla da, müstəqil dövlətimizin neft strategiyası və doktrinasının əsası qoyulub. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi.

“Əsrin Müqaviləsi” sayəsində xarici şirkətlərin sərmayəsi ilə yeni texnologiyalar ilə Azərbaycan neft istehsalına başladı. Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərləri Azərbaycanın getdikcə artan iri neft həcmlərini dünya bazarına ixrac etmək iqtidarında deyildi. Bununla da Bakı-Tbilisi-Ceyhan neft boru kəməri layihəsinə ehtiyac yaranmışdı.

2002-ci ildə ümummilli lider Heydər Əliyevin şəxsən iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyuldu.  2006-cı ilin mayında Azərbaycan nefti BTC kəməri vasitəsilə Ceyhan limanına çatdırıldı.

Kəmərin illik ötürücülük qabiliyyəti 50 milyon tondur ki, bunu da gələcəkdə 60 milyon tona çatdırmaq mümkündür. 1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. 

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış “Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir.

“Yeni Əsrin müqaviləsi”

Ötən il sentyabrın 14-də isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Sazişi Azərbaycan Hökumətinin, SOCAR-ın, BP, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzaladılar.

Bu yeni saziş sayəsində “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılıb və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Respublikası Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1 faiz təşkil edəcək ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaq. Növbəti 31 il müddətində AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var.

Bütün bu uğurların əldə olunmasında Azərbaycan neftçilərinin əvəzsiz rolu var. Eurasia Diary neft sahəsinin inkişafında əməyi olan bütün neftçilərin bayramını təbrik edir. 

"Ermənistan sülh yolu ilə getməsə, Azərbaycan başqa üsullar tapacaq" - Aleksey Naumov - VİDEO

Xəbər xətti

BMT Somaliyə humanitar yardım üçün 228 milyon dollar cəlb etmək niyyətindədir
07:25 08.05.2024
Ukrayna rəsmisi: Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatıq
06:40 08.05.2024
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
05:33 08.05.2024
Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib
04:21 08.05.2024
Azərbaycan parataekvondoçuları Avropa çempionatında iştirak edəcək
03:19 08.05.2024
Şotlandiyanın yeni hökumət başçısı məlum olub
02:18 08.05.2024
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
01:00 08.05.2024
202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb - SƏBƏB
00:16 08.05.2024
Paşinyan: “KTMT-nin Ermənistanda qalması üçün müharibə lazımdır”
23:44 07.05.2024
Aygün Bəylərin ailəsi tiktoker Ləmanla bağlı polisə şikayət edib
23:23 07.05.2024
DİQQƏT! Səhiyyə Nazirliyi və Elektron Təhlükəsizlik Xidməti əhaliyə müraciət edib
23:09 07.05.2024
Kilian Mbappenin "Real"da geyinəcəyi forma nömrəsi bəlli olub
23:00 07.05.2024
Polşada ölkənin avroya keçməyə hazırlığı qiymətləndirilib
22:33 07.05.2024
Naxçıvanda ASAN Vəkil Bürosu açılıb
22:12 07.05.2024
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib
21:54 07.05.2024
Quterreş: Qəzzada atəşkəs əldə olunmasa, faciə baş verəcək
21:30 07.05.2024
Azərbaycanın iqlim dəyişikliyi üzrə Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib
21:14 07.05.2024
“ÖLÜM AXTARAN QADIN” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
20:51 07.05.2024
Brüsseldə Azərbaycan-Ermənistan normallaşma prosesində regional dinamika müzakirə edilib
20:49 07.05.2024
İtaliyanın "Yuventus" klubu heyətini gücləndirib
20:34 07.05.2024
Avstriya XİN başçısı: NATO-ya üzv olmayacağıq
20:05 07.05.2024
Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib
19:50 07.05.2024
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkətin bərpa olunacağı vaxt açıqlanıb
19:30 07.05.2024
Həcc vizası olmayan şəxslər cərimə ediləcək
19:19 07.05.2024
Azərbaycan Slovakiya ilə standartlaşdırma üzrə birgə layihə reallaşdıracaq
19:00 07.05.2024
Slovakiyalı nazir: Bakı və Bratislava müdafiə sahəsində mümkün əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər
18:44 07.05.2024
Pakistanın Milli Müdafiə Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib
18:33 07.05.2024
Əli Əsədov Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib
18:24 07.05.2024
Denisa Sakova: “Slovakiya tədarükləri şaxələndirmək üçün Azərbaycan təbii qazına ümid edir”
18:07 07.05.2024
Slovakiya Baş nazirinin Azərbaycana səfəri BAŞA ÇATDI
17:50 07.05.2024
Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı
17:36 07.05.2024
Bu xəstəxananın vəzifəli şəxsi həbs olundu - DETALLAR
17:27 07.05.2024
Zaxarova: "Londonun təhdidləri reallaşarsa, Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər"
Zaxarova: "Londonun təhdidləri reallaşarsa, Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər"
17:11 07.05.2024
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər – RƏSMİ
17:00 07.05.2024
Trampın məxfi sənədləri üzrə məhkəmə prosesi bu vaxt başlayacaq...
Trampın məxfi sənədləri üzrə məhkəmə prosesi bu vaxt başlayacaq...
16:46 07.05.2024
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət edib
16:35 07.05.2024
Azərbaycan vasitəçiliyi: Türkiyə ilə İsrail münasibətində yeni dövr? - MÜSAHİBƏ - VİDEO
16:35 07.05.2024
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
16:25 07.05.2024
Bolqarıstan Prezidenti Azərbaycana GƏLDİ
16:15 07.05.2024
Sumqayıtda təhsil müəssisəsində 250 minlik MƏNİMSƏMƏ - Cinayət işi açıldı
15:57 07.05.2024
Hamısı