Eurasia Diary xəbər verir ki, Avropa Statistika Ofisi (Eurosat) tərəfindən verilən açıqlamada Avropa Birliyində xalqın 22,5%-dən çoxunun yoxsulluqla qarşı-qarşıya olduğu bildirilib.
Bu göstəricilərin 23,3 %-i kişilərə, 21,6%-i isə qadınlara aiddir. Verilən statistik göstəricilərə görə ən yüksək yoxsulluq səviyyəsi 38,9 %-lə Bolqarıstandadır. Avropa ölkələrindən Rumuniya (35,7%) və Yunanıstan (43,8%) da yoxsulluğun ən geniş yayıldığı ölkələrdən biri kimi qeyd edilib.