Azərbaycanın səfiri Əli Əlizadə Pakistan İnformasiya və Yayım Naziri Favad Çadhri ilə görüşərək ölkəsinin enerji təchizatı üçün 100 milyon dollar dəyərində kredit vermək niyyətini açıqlayıb.
Bundan əlavə, səfir Azərbaycanın media və informasiya sahəsində Pakistanla əməkdaşlığının gücləndirilməsini vurğulayıb. Bu barədə Eurasia Diary Pakistantoday-ə istinadən xəbər verir.
Pakistan naziri Azərbaycanın ölkəsinin enerji böhranının həlli üçün təklifini isti qarşılayıb və iki ölkə arasında münasibətlərin inkişafını alqışlayıb. O, həmçinin azərbaycanlı turistlərin ölkəsinə cəlbi və iki ölkə arasında media nümayəndələrinin mübadiləsi məsələlərinə də toxunub.
Səfir ölkə başçısı İlham Əliyevin Pakistana dəstəyini bildirərək, "Azərbaycan Pakistanın Kəşmir məsələsində mövqeyini dəstəkləyir", söyləyib.