“Azeri Light”ın bir barreli 74 dollara satılır.
Eurasia Diary AZƏRTAC-a istinadən xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 3,23 dollar ucuzlaşaraq 74 dollar təşkil edib.
"Brent" markalı neftin qiyməti isə 73.33 dollara çatıb.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma çataraq 149,66 dollar olub.