BP şirkəti və ortaqları Azərbaycanda nəhəng qaz sahəsinin (“Şahdəniz” yatağı) inkişaf etdirilməsi üçün 28 milyard dollar investisiya yatırıb və bu, bir hekayənin başlanğıcıdır.
Eurasia Diary xəbər verir ki, bunu “Blomberq” agentliyinə müsahibəsində BP-nin bölgə prezidenti (Türkiyə, Azərbaycan və Gürcüstan) Qari Cons deyib.
O qeyd edib ki, şirkət 2020-ci ilədək 6 yeni quyunu istismara verməyi planlaşdırır.
Qari Cons Azərbaycanda “Şahdəniz”ə alnernativ ola biləcək nəhəng qaz yatağının kəşf olunacağını da istisna etməyib:
“Braziliya ilə yanaşı, Azərbaycan da qarşıdakı illərdə prioritetlərimizdən biridir. Bizim üçün yeni kəşflər çox önəmlidir. Xəzərdə bunun üçün böyük potensial görürük”.