"TANAP layihəsi Azərbaycan və Türkiyə qardaşlığını daha da gücləndirir" Telman Qasımov

"Elmi Araşdırmalar" İctimai Birliyi və "Azərbaycan Gənclər Platforması"nın təşkilatçılığı ilə "TANAP layihəsinin Azərbaycan və Türkiyə üçün əhəmiyyəti və perspektivləri" mövzusunda konfrans keçirildi.

İqtisadiyyat 12:45 26.04.2019

Beynəlxalq Avrasiya Mətbuat Fondunda "TANAP layihəsinin Azərbaycan və Türkiyə üçün əhəmiyyəti və perspektivləri" mövzusunda konfrans keçirildi.

"Elmi Araşdırmalar" İctimai Birliyinin sədri Telman Qasımov tədbiri giriş nitqi ilə açıq elan edərək, Azərbaycan və Türkiyə arasında iqtisadi, siyasi və mədəni əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladı. 

"AZƏRBAYCAN VƏ TÜRKİYƏ QARDAŞLIĞI DAHA DA GÜCLƏNDİRİLMƏLİDİR"

28 may 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin və 18 oktyabr 1991-ci il Azərbaycan Respublikasının müstəqillik qazanmasında Türk qardaşlarımızın dəstəyini qeyd edən Telman Qasımov uzun illər bir-birindən ayrı düşmüş xalqların qarşılıqlı əməkdaşlığının çox sevindirici hal olduğunu bildirdi. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra, əsas məsələ təbii sərvətlərinin necə istifadə olunması və hansı ölkələrlə əməkdaşlıq edəcəyi idi. Bir çox dövlətlər Azərbaycanın yeraltı və yerüstü sərvətlərindən öz mənafeyinə uyğun istifadə etməkdə maraqlı idilər. Əsasən də, neft-qaz boru kəmərlərinin İran və Rusiya ərazisindən keçirilməsini, həmçinin də Türkiyə ilə əməkdaşlıq edilməməsini istəyirdilər. Bütün bunlara baxmayaraq, hər iki ölkə başçıları böyük bir siyasi iradə göstərərək çox önəmli layihələrə imza atdılar. TANAP bu layihələr içərisində beynəlxalq səviyyədə xüsusi önəmə malikdir. Belə ki, qarşılıqlı fayda prinsipinə əsaslanaraq maliyyə resursları əldə etmək üçün iki ölkə arasında sıx iqtisadi əməkdaşlıq həyata keçirilməlidir. 

"Azərbaycan Gənclər Platforması"nın rəhbəri Fariz Əliyev konfransın əsas məqsədinin Azərbaycan və Türkiyə arasındakı əməkdaşlığın strateji əhəmiyyətini iki ölkə gənclərinə çatdırmaq olduğunu dedi və gənc məruzəçiləri çıxış etməyə dəvət etdi.

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri Elçin Rəhimov, İlkin Məmmədov və Əsgər Nağıyev TANAP layihəsi haqqında ərtaflı məlumat verdi və iki ölkə arasındakı diplomatik əlaqələrin əhəmiyyətini qeyd etdi.

"TANAP LAYİHƏSİ AZƏRBAYCAN VƏ TÜRKİYƏNİN DÜŞMƏNLƏRİNƏ QARŞI ƏLDƏ ETDİYİ ZƏFƏRDİR"

Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz boru xətti layihələrinin həyata keçirilməsi bir çox ölkələri narahat edir. TANAP Azərbaycan və Türkiyə iqtisadiyyatına uğurlu töhvə verəcək, habelə hər iki ölkənin beynəlxalq aləmdəki mövqeyini gücləndirəcək.

Trans-Anadolu Qaz Boru Kəməri təbii qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcək. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək. 5 il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 7 mlrd. ABŞ dollarıdır. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd., 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. TANAP layihəsində ARDNŞ 80%, Türkiyənin BOTAŞ və TPAO şirkətləri isə birlikdə 20% paya malikdir. TANAP layihəsi üzrə saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb. Boru kəmərinin diametri 56 düym və ya 1,4 metr nəzərdə tutulub. TANAP layihəsinin işə düşməsi Şahdəniz II layihəsi üzrə qaz hasilatına başlanması vaxtı ilə uzlaşdırılıb və 2017-ci il üçün nəzərdə tutulub. 2019-cu ilin aprel ayında "Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsi olan Trans-Anadolu qaz kəmərinin 1-ci mərhələsi çərçivəsində sınaq qaz tədarükü başlayıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Türk Tələbə İdarə Heyətinin sədri Hakan Köse 70-80 illik ayrılıqdan sonra Azərbaycan-Türkiyə qardaşlığının daha güclü inkişaf etdiyini və gələcəkdə daha yüksək səviyyəyə çatacağına ümid etdiyini dedi.  

"TANAP NÜMUNƏVİ ƏMƏKDAŞLIĞIN NƏTİCƏSİDİR"

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi Sabir Rüstəmov TANAP layihəsinin Azərbaycan və Türkiyənin xarici siyasətini daha da gücləndirəcəyini qeyd edib. Sabir Rüstəmov TANAP layihəsi haqqında məlumat verməklə birlikdə, Xocalı soyqırımının tanınmasında Türkiyənin dəstəyinin önəmini də bildirib.

"ÜMİD EDİRİK Kİ, QARDAŞ TÜRKİYƏ XOCALI SOYQIRIMINI TAM SƏVİYYƏDƏ QƏTLİAM KİMİ TANIYACAQ"

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Lalə Mehdiyeva həm Azərbaycan, həm də Türkiyə gənclərinin iki ölkə arasında əməkdaşlığı gücləndirmək üçün əlindən gələni etməli olduğunu deyib. 

Azərbaycan Dövlət İqtisad Universitetinin Gənc Müəllimlər Şurasının İdarə heyətinin üzvü Cəmilə Həsənova TANAP layihəsinin minlərlə insanların işlə təmin olunmasına şərait yaradacağını bildirdi.

"TANAP LAYİHƏSİ İLƏ AZƏRBAYCAN VƏ TÜRKİYƏ BİRLİKDƏ AVROPAYA BİRBAŞA QAZ İXRAC EDƏRƏK BÜTÜN DÜNYAYA İKİ ÖLKƏ ARASINDAKI ƏMƏKDAŞLIĞIN GÜCÜNÜ BİR DAHA GÖSTƏRDİ"

Tədbirin sonunda iştirakçılara sertifikat təqdim olundu və birgə xatirə şəkli çəkildi.

 

Təbriz Abbasov

 

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat etdi
18:40 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Hamısı