21 İyun, Cümə axşamı


Dar geyimlər bu xəstəliyi şiddətləndirir

Səhiyyə

A- A A+
Türkiyəli professor Melih Özel dar geyimə üstünlük verən şəxslərlə bağlı maraqlı açıqlamalar verib.
 
Həkim reflüks xəstəliyindən əziyyət çəkənlərə və ya bu xəstəliyin simptomlarını özündə müşahidə edən şəxslərə ilk növbədə geyim tərzlərini dəyişməyi məsləhət görüb. O, bu xəstəliyin məhz dar geyimlər nəticəsində ağırlaşdığını deyib.
 
Reflüks xəstəliyi nədir?
 
Reflüks mədədən qida borusuna ‪‎turş‬ tərkibli mədə möhtəviyyatının atılmasıdır.
Gün ərzində hər bir insanda orta hesabla 8-10 dəfə reflüks baş verə bilər. Bu normal sayılır.
Davamlı xarakter alan reflüks zamanı isə mədədə ifraz olununan turşu və pepsin fermenti qida borusunun alt hissəsində selikli qişanı zədələyir və "peptik eroziyalar" əmələ gətirir. Bu isə artıq xəstəlik hesab olunur. Bu xəstəliyin adı "qastroezofageal reflüks" xəstəliyidir. Reflüksün qida borusunda yaratdığı vəziyyət isə "reflüks ezofagit "adlanır.
 
Bir şəxs əgər düzgün qidalanmır, fast-food və turşulu qidaları gündəlik həyatında çox istifadə edir, gecə tox yatır, spirt, siqaret, qəhvə və şokoladdan istifadə edirsə, boğazdakı turşu nisbəti bir xeyli artır və bu vəziyyət də boğaz reflüksünə səbəb olur.
 
Bəs hansı simtomlarla özünü biruzə verir?
 
- döş sümüyü arxasında yanma, ağrı
 
- ürəkbulanma,
 
- ağızda  acılıq,
 
- quru öskürək,
 
- bəzən udma aktının pozulması kimi şikayətlərlə özünü büruzə verir.
 
Anadolu Səhiyyə Mərkəzi Qastreontologiya mərkəzinin professoru Melih Özel dar geyim tərzinin xəstəliyə mənfi təsir göstərdiyini deyib:
"Dar geyimlərdən uzaq durmaq vacibdir. Sıx kəmər, dar şalvar, dar ətək geyərək vücudu sıxmayın. Boş geyimlər reflüks xəstələrinə inanılmaz dərəcədə müsbət təsir göstərir. Bu xəstəlikdən əziyyət çəkənlərə ilk olaraq dar geyim tərzindən uzaqlaşmalarını məsləhət görürəm".
 
Yüksək təzyiq, ürək-damar, şəkər xəstəliklərinin reflüksə tutulmaq riskini yüksəltdiyini bildirən həkim, belə xəstələrə tövsiyələr verib:
 
"Az yeyin, amma ara yeməklərdən imtina etməyin.
 
Yeməklərinizdəki yağ miqdarını azaldın.
 
Süd və süd məhsullarından istifadə edin
 
Şirniyyatlar zərər verə bilər. Həmçinin nanə və darçın da.
 
Ədviyyatlar vacibdir.
 
Acı yeməklərdən çox qəbul etmək olmaz.
 
Tərəvəzlər qaz yarada bilər, ancaq xəstəlikdən qoruyur.
 
Pəhrizə diqqət edilməli və tərk edilməməlidir.
 
Yüngül geyim, yediyiniz qidaları azaltmaq, idman hərəkətləri etmək xəstəliyi nəzarətdə saxlamağınıza kömək edəcək.
 
Pomidor, qreypfurt suyu, sodalı içkilər isə reflüks xəstəliyinə səbəb ola bilər".
 
Melih Özel stresin də bu xəstəliyi şiddətləndirə biləcəyini vurğulayıb:
 
"Yaşayış tərzinin bu xəstəliyə çox böyük təsiri var. Siqaretdən istifadə edirsinizsə, yağlı yeməklərə çox üstünlük verirsinizsə, artıq kilonuz varsa reflüks xəstəliyinə tutulmaq riskiniz qaçılmazdır".

medicina.az

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...