Oruc tutulduğunda orqanizmdə bir sıra dəyişikliklər meydana gəlir. Orucun ilk günlərində baş ağrısı, mədə ağrısı kimi problemlərlə qarşılaşa bilərsiniz.
Araşdırmalara görə, gündəlik həyatda tez-tez işlətdiyimiz bir çox məhsulları imsakda (imsak sübh namazından bir az əvvəl durub oruc tutmaq üçün səhər çağı yemək yeyilən vaxta deyilir) yemək olmaz. Çünki onlar müəyyən sağlamlıq problemlərinə yol açır.
İmsakda xüsusilə pomidordan imtina etmək məsləhət görülür.
Tikəni 40 dəfə çeynəyin
Mədə narahatlıqlarınız varsa, qidaları ən az 40 dəfə çeynəyin. Yaxşı çeynənmiş qidaları mədə rahatlıqla həzm edir.
Bundan başqa imsakda və iftarda yeməklər arasında müəyyən fasilə verin. Çünki sürətli yemək reflküs xəstəliyinə təsir göstərir.
Limon və qreypfrut
Pomidor
Tərkibində bol miqdarda turşu ehtiva edən pomidor mədə xəstəliklərinə təkan verir. Pomidoru xüsusilə Ramazan ayında az miqdarda yemək mədə xəstəliklərinin müalicəsinə müsbət təsir göstərir.
Şirniyyatlardan uzaq durun
Ramazan ayında xüsusilə imsakda şirniyyat yemək çox təhlükəlidir. İki paxlava üç saatlıq məşqə bərabərdir. Odur ki, xüsusilə şirəli şirniyyatlardan uzaq durmaq tövsiyə edilir. (publika.az)