Nicole adlı qadın 30-cu yaş günündə xəstəliyindən xilas olmasını qeyd edib. Bir neçə il sonra 2018-ci ildə Nicole televiziya proqramına çıxıb.
Beyin şişindən xilas olan qadın təcrübələrini hər kəslə bölüşmək üçün televiziya proqramına çıxarılıb. Televiziyaya çıxan qadını şans əsəri bir həkim görüb. Nicolenin boğazındakı fərqlilik onun diqqətini çəkib.
Həkim “ televiziyadakı qadının tiroit bezində anormallıq var. Sonoqram çəkilməlidir və sitoponksiyon həyata keçirilməlidir. Ümid edirəm ki yaxşı xassəlidir” deyib.
Həkimin xəbərdarlığından sonra Nicole xəstəxanaya müraciət edib və tiroit xərçəngi olduğunu öyrənib. Hazırda müalicə olunan Nicole ən qısa müddətdə həkim Voigt ilə bir araya gəlməyi planlayır.
Həkim Voigt Nicolenun xərçəngə yenidən qalib gələcəyini düşünür.