ÜST-nin baş direktoru d-r Tedros Azərbaycanda rəsmi səfərdədir Dayanıqlı İnkişaf Məqsədləri səfərin diqqət mərkəzində

Sağlamlıq 13:39 04.07.2018

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru d-r Tedros Adhanom Qebreyesus “Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası kontekstində səhiyyə islahatları” mövzusunda Milli Konfransda iştirak etmək üçün 4-6 iyul 2018-ci il tarixlərində Bakı şəhərində səfərdə olacaq. Bu, d-r Tedrosun ÜST-nin baş direktoru qismində ölkəyə ilk rəsmi səfəridir.

İyulun 5-də başlayacaq konfransda DİM-lərə milli səviyyədə nailolma və ölkənin DİM-lər üzrə qlobal hədəf və göstəriciləri öz milli proioritetləri və inkişaf gündəliyi ilə əlaqələndirilməsi yolları müzakirə ediləcək. Tədbirdə, həmçinin, DİM-lərin icrası prosesində artıq milli səhiyyə sektorunda əldə olunmuş bir sıra nailiyyətlərə diqqət yetiriləcək.

Bu tədbir 2018-ci ilin oktyabr ayında Bakı şəhərində keçirilməsi planlaşdırılan DİM-lər üzrə Yüksək Səviyyəli Konfransa hazırlıq xarakteri daşıyır. Həmin konfransda “DİM-lərin milli səviyyədə inteqrasiyası və onların sürətləndirilməsinə dair Bakı Prinsipləri”nin qəbul ediləcəyi gözlənilir. Sənədin layihəsi hazırda Azərbaycan hökuməti və sənədin icrasına dəstək göstərəcək tərəfdaş BMT qurumları ilə müzakirə edilməkdədir.

Səfər müddətində baş direktor Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış müalicə müəssisəsinin nəzdində Vərəm üzrə Təlim Mərkəzinə baş çəkəcək. Bu mərkəz dünyada həbsxanalarda vərəmə nəzarət sahəsində “ÜST ilə Əməkdaşlıq Mərkəzi” statusuna malik yeganə mərkəzdir. Mərkəzin uğurlu fəaliyyəti ölkənin heç kəsi kənarda qoymamaqla hər kəsin səhiyyə xidmətlərinə çıxışının təmin olunması prinsipinə və onun hər kəsə, o cümlədən, məhbuslar kimi həssas qruplara şamil olunmasına sadiqliyinə dəlalət edir.

D-r Tedros, həmçinin, Azərbaycanın Milli Onkologiya Mərkəzinə baş çəkərək əsas problemləri və nailiyyətləri müzakirə etmək üçün həm səhiyyə işçiləri, həm də xəstələrlə görüşəcək. ÜST uşaqlıq boynu xərçənginin skrininqini təşviq edir və ölkənin öz milli skrininq və İnsanın Papilloma Virusuna qarşı vaksinasiya proqramlarını hazırlamasına dəstək göstərməyə hazırdır. 2019-cu ilin əvvəllərində ÜST-nin bu məsələlərlə bağlı ekspert missiyasının həyata keçirilməsi müzakrə ediləcək.

Səfər çərçivəsində, həmçinin, Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevlə və Azərbaycanın digər yüksək vəzifəli rəsmi şəxsləri, o cümlədən Azərbaycan Respublikasının baş nazirinin müavini və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovla, səhiyyə naziri Oqtay Şirəliyevlə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçiriləcək.

Səfər zamanı, Fəxri Xiyaban və Şəhidlər Xiyabanı da ziyarət olunacaq.

KİV-in sorğuları üçün aşağıdakı əlaqə vasitələrindən istifadə etməyiniz xahiş olunur:

Siddiqə Əhmədova

E-poçt: [email protected]

Telefon: +994124989888+159

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Hamısı