Azərbaycanda şəkər xəstələrinə dövlətin verdiyi dərmanlar kəskin azaldıldı

Sağlamlıq 07:55 08.07.2018
Azərbaycanda ildən-ilə sayı artan diabet xəstələrinin dövlət qeydiyyatına alınmasından sonra lazımi dərman preparatları, şəkər ölşən aparat, insulin iynələri və striplərlə təminatı Səhiyyə Nazirliyinin dövlət proqramı çərçivəsində pulsuz həyata keçirilir.
 
Hər ay şəkər xəstələri qeyddiyat üzrə yaşayış ərazisindəki poliklinikaya gedərək, endokrinoloq tərəfindən müayinə olunur, dərmanlar yazılır və böyük əziyyətlə növbələrdən keçərək su-hava kimi vacib olan dərmanını ala bilir.
 
Qeyd edək ki, diabetli xəstə kimi dövlət qeydiyyatına durmayan xəstələrə pulsuz dərman verilmir. Nəzərə alsaq ki, əhalinin imkanlı təbəqəsi özəl klinika və həkimlərdən müayinədən keçərək, dərmanları apteklərdən özləri alır, o zaman dövlətin pulsuz dərman payına möhtac təbəqə imkansız və təqaüddə olan yaşlı insanlardır.
 
Artıq 2 aydır ki, pulsuz diabet dərmanları və insulinin verilməsində ciddi problemlər yaşanır. Redaksiyamıza daxil olan şikayət, sosial şəbəkələrdə getdikcə artan rəylər, statuslar, həmçinin saytın əməkdaşının ailə üzvlərinin də analoji problemlə üzləşməsi onu deməyə əsas verdi ki, Azərbaycanda diabet xəstələrinin dövlət proqramı çərçivəsində pulsuz dərmanlarla təminatında ciddi  problemlər var.
 
1-Dərmanlar gecikir, ərazi üzrə qeydiyyatda olan diabet xəstələrinin sayına uyğuna çatışmır. Həkimlər xəstə sayına görə dərman gəlmədiyini bildirir.
 
 
2-Dərman dozalarında azalma var: 2 qutu insulin alan xəstəyə 1 qutu, 2 qutu preparat alana biri verilir. Elə xəstələr var dərman ümumiyyətlə çatmır.
 
 
3-Diabet xəstələri hər gün qanda şəkəri aparatla ölçür. Bu onlar üçün həyati vacibdir. Bu aparat üçün lazım olan testlər - striplər əvvəllər az da olsa verilirdi. İndi xəstə aptekdən Saphire adlı test qutusunu 12-13 manata almalı olur. Xatırladaq ki, nazirlik tərəfindən xəstələrə paylanan aparatlara yalnız bu testlər uyğundur. Bir müddət əvvəl bu striplər apteklərdən yoxa çıxır, sonradan gətirildikdə isə qiymət 8 manatdan 12-13 manata qaldırılıb.
 
Pasiyent şikayəti:
 
Nəsimi rayon, 5 saylı poliklinikada həkim Elnarə Muradova dövlətin şəkər xəstələri üçün ayırdığı insulin və dərmanı azaldıb, dərman yoxdur deyərək, 2 insulin yazılmış xəstəyə birini verir. Həkimə deyəndə ki, bu xəstəyə bir insulin azdır, o çox doza qəbul edir. Deyir ki, yox, dozanı özüm qərarlaşdırıram. Bundan sonra bir qutu veriləcək. Digər xəstəyə də 2 qutu dərman əvəzinə birini yazmışdı, onu da yarımçıq vermişdilər. Sözüm odur ki, bu qadın dövlətin ayırdığı insulini, dərmanları öz bildiyi kimi ayırır, qeyri-qanuni yollarla xəstələrə haqqını vermir. Səhər 7-dən növbə tutan xəstə, yaşlı insanlar dərman yoxdur sözünü eşidən kimi şəkərləri qalxır. İnsulinin biri aptekdə 25 manatdır. Bu insulin necə olur aptekə gedib çıxır? Camaatın haqqı olan dərmanı verməyib, apteklərdə satdırırlar.
 
Adının çəkilməsini istəməyən, poliklinikada dərman verilməsi üzrə çalışan tibbi işçisi bildirdi ki, aprel ayından etibarən elə Səhiyyə Nazirliyindən göstəriş gəlib ki, dərmanları azaldın, çünki bu dərmanları almağa pul yoxdur. Ona görə də həkimin dərmanı qəsdən  verməməsi, oğurlaması, satması doğru deyil. Əksinə camaatla üz-üzə qalıb, təhqir olunan da həkimdir.
 
Digər pasiyent rəyi: Anamın aldığı 2 qutu dərman azaldıldı, 1 qutu oldu. Dedilər ki, bundan sonra yarısını dövlət verəcək, yarısını xəstə özü almalıdır. Axı bu xəstənin dərdi təkcə insulinlə bitmir. Bunun təzyiq dərmanı var, qan duruldanı var, digər preparatları var. Əvvəllər 3 flakon idi, sonra oldu 2, indi deyir 1 verirəm, nə istəyirsən et. 30-40 faiz doza azaldıblar. Sabah da deyəcək, heç bu adama insulin lazım deyil.
 
Redaksiyamızın əməkdaşının valideyni 2 aydır dərman üçün kart yazdırır, amma dərmanı ala bilmir. Əvvəl poliklinikada qurtaranda, rayon üzrə mərkəzə gedib, ordan alırdı. İndi orda da yoxdur deyirlər. Guya gec gəlmisiz, qurtarıb. Amma ora tez də gedəndə eyni sözü deyirlər. Əgər xəstə sayına uyğun dərman gəlirsə, bu xəstə necə olursa-olsun o aylıq dozanı almalıdırsa, onda o dərman hara yoxa çıxır?
 
Qeyd edək ki, poliklinikalarda şəkər xəstələrinə dərman verilməsi prosesi  zamanı xəstələrlə həkimlər arasında narazılıq, qarşılıqlı həqarət, mübahisə, hətta təhqirlər belə adi hala çevrilib. Səhər 7-dən günortaya kimi növbəyə duran xəstə, yaşlı, ac susuz adamlara sonda "dərman bitdi" deyilməsi absurd bir haldır.
 
Nə baş verib ki, aprel-may ayından etibarən diabet xəstələrinin dərmanlarında kəskin azalma, çatışmazlıq yaranıb.
 
Məsələ ilə bağlı poliklinika rəsmiləri, həkimlər açıqlama verməkdən imtina etdilər.  Onlar Səhiyyə Nazirliyinə tabe olduqlarını bildirdilər.
 
Səhiyyə Nazirliyi Mətbuat xidmətinin mətbuat sözçüsü Səfayə Əhmədova məsələ ilə bağlı açıqlamasında bildirdi ki, həqiqətən belə problem var. Səhiyyə Nazirliyinin dövlət vəsaitinə aldığı diabet dərmanlarının ölkəyə gətirilməsi ilə bağlı  problem yaranır. Bu da dərmanı gətirən çatdıran şirkətlərlə bağlıdır. Dərmanların gətirilməsində yubanma var. Bununla bağlı dozalarda müəyyən qədər azalma ilə bağlı göstəriş verilib. Amma bu da həkimin nəzarəti ilə olunur. Ağır diabet xəstələri öz dozasını alır. Bu hal müvəqqəti məsələdir və həmişə belə olmayacaq. Məsələni həll etmək üzərində işlər aparılır.
 
Problemlə bağlı əsas sualların cavabları Respublika Endokrinoloji Mərkəzin səlahiyyətli nümayəndəsində olduğundan onların da açıqlamasını almağa çalışacağıq.
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Hamısı