Amerikalı alimlər insan ömrünü 150 ilə qədər uzadacaq dərman üzərində işləyirlər.
"A Haber.com.tr" bildirir ki, alimlər iddia edir ki, hazırlayacaqları bu dərman insan hüceyrələrini yeniləyəcək, xəstə insanlar sağalacaq, keçəl olanların yenidən saçı çıxacaq, hətta menapauza dövründəki qadınlar bu dərmanla yenidən hamilə qala biləcəklər. Qulağa çox da inandırıcı gəlməsə də, elm adamları artıq dərmanı siçanlar üzərində yoxlayıblar.
Dərmanın qiymətinin ucuz olacağı deyilir.