Ümumdünya Səhiyyə təşkilatının xüsusi orqanı olan Xərçəng üzrə Beynəlxalq Tədqiqatlar Agentliyi (XBTA) xərçənglə bağlı statistikanı təqdim edir. Belə ki, hər 5 kişidən biri və hər 6 qadından birində xərçəng inkişaf edir. Hər 8 kişidən biri və hər 11 qadından biri isə bu xəstəlikdən həyatını itirir.
"Dünyada ölümcül xəstəliyi nəzarətdə saxlamaq üçün, səmərəli müalicə və erkən aşkarlanması metodları təcili şəkildə həyata keçirilməlidir", - deyə XBTA-nın rəhbəri Kristofer Vayld söyləyib.
“Altı il əvvəl, 14,1 milyon yeni xərçəng faktı və 8,2 milyon xərçənglə əlaqəli ölüm aşkarlanmışdır. 2008-ci ildə isə təxminən bu rəqəmlər 12,7 milyon ilə 7,6 milyon olmuşdur. 2018-ci ildə isə 18.1 milyon xərçəng faktı və 9.6 milyon ölüm halları müşahidə olunub. 5 ildir ki xərçəng diaqnozu ilə yaşayanların sayı isə 43.8 milyondur.
Xərçəng ölümləri və aşkarlanması faktlarının yarısı Asiya və Afrikada tapılıb. Amerikada dünya əhalisinin 13%-i yaşasa da dünya xərcəng hallarının 21% -inə malikdir. Avropada isə bu rəqəm 23.4%-dir ölüm halları isə 20.3%-dir.
Xərçəngin ən geniş yayılmış forması isə ağ ciyər xərçəngidir.