Düzce Universitetinin Elmi və Texnoloji Tədqiqat və Tətbiq Mərkəzi daxilində fəaliyyət göstərən akademiklər fındıq qabığından kimyaterapiya dərmanlarının təsirli maddəsini əldə edərək onları ilk istehsal mərhələsi üçün hazır ediblər.
Eurasia Diary xəbər verir ki, əldə olunan dərmanın xərçəng müalicəsində istifadə ediləcəyi deyilir.
Dərman, xüsusilə döş və yumurtalıq xərçənglərində istifadə ediləcək. Xəstəxanalarda peşəkar tibb bacısı və həkimlər tərəfindən istifadə olunan dərman olacaq. Əldə edilən molekuldan 3 dərman istehsal olunur. Bu dərmanların dünyadakı ticarət həcmi 2 milyard dollar civarındadır. Türkiyə bu dərmanlar üçün təxminən 100 milyon TL ödəyir.