Qış aylarında uşaqları qripdən necə qorumaq olar? MƏSLƏHƏT

Sağlamlıq 23:12 18.01.2019

“Qış ayı olduğundan kəskin respirator virus infeksiyalarının yayılması daha çox körpələr arasında özünü göstərir. Çünki uşaqların xəstəliyə müqaviməti körpələrə nisbətən güclüdür. Bu gün uşaqlar arasında hər hansı ağırlaşma hallarına rast gəlinməyib”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının pediatrı, Uşaq xəstəlikləri kafedrasının dosenti Ülviyyə Hacıyeva deyib.

Onun sözlərinə görə, son günlər azyaşlılar arasında kəskin respirator virus infeksiyalarının yayılması hallarında artım qeydə alınıb: “Bu da normaldır və qış mövsümündə havaların kəskin dəyişməsi müşahidə olunur. Ölkədə heç bir təhlükəli hal yoxdur, hər şey qaydasındadır. Adətən, payız-qış mövsümündə uşaqlar arasında kəskin respirator virus infeksiyaları müşahidə olunur. Təbii ki, bu infeksiyaların da müəyyən növləri var. Biz onların hansı növ infeksiya olduğunu yalnız müayinə nəticəsində bilirik. İlk növbədə, xəstə izolyasiya olunmalı, yəni insanların sıx olduqları yerlərdən uzaq tutulmalıdırlar. Bununla da xəstəliyin daha çox yayılmasının qarşısını almaq olar. Eyni zamanda özünü müalicə üsulundan uzaq durmaq və vaxtında həkimə müraciət etmək lazımdır. Çünki bəzən uşaq həkimə gecikmə ilə gətirilir. Bu da ciddi fəsadlara səbəb olur. Virusun özü müxtəlif orqanlara ağırlaşmalar verir”.

Pediatr bildirib ki, hər virusun özünün zədələyici gediş xüsusiyyəti var: "Hər bir xəstəyə fərdi yanaşılmalıdır. Ən əsası, çoxlu maye qəbulu məsləhətdir. Uşağı məcburi qidalandırmaq düzgün deyil. Əgər xəstənin temperaturu 38 dərəcə və artıqdırsa, hərarətsalıcı preparatlardan istifadə edilə bilər. Daha sonra isə həkim çağırmaq lazımdır. 38 dərəcədən aşağı qızdırma zamanı dərman vermək olmaz. Daha çox qıc olması olan uşaqlara diqqət yetirilməlidir”.

Həkim deyib ki, valideynlər antibiotikdən özbaşına istifadə etməməlidirlər: “Virusun ilk günlərində, ümumiyyətlə, antibiotik işlətmək olmaz. Bu da xəstəliyin daha da ağırlaşmasına gətirib çıxara bilər. Yalnız həkimin göstərişindən sonra xəstə uşağa antibiotik vurula bilər. Çünki antibiotik başqa orqanlara bakterial ağırlaşma verə bilər. Xüsusilə də iki yaşa qədər körpələrdə hər hansı xəstəlik müşahidə edilsə, dərhal həkimə müraciət edilməlidir”.

Mütəxəssis vurğulayıb ki, uşaqlar qızdırmalı olarkən onların üstünü qalın örtmək düzgün deyil: “İki cür qızdırma - qırmızı və ağ növü var. Ağ qızdırma daha təhlükəlidir. Qırmızı qızdırma zamanı əllər və alın isti olur. Bəzən valideynlər bu dövrü ötürür və əllər, ayaqlar buzlamağa başlayır. Bu da ağ qızdırmaya, yəni gecikmiş dövrə keçir. Valideynlərə məsləhət görərdim ki, uşaqlarının davranışında fərqlilik hiss edən kimi, ilk növbədə, hərarəti ölçsünlər. Bunu da konkret olaraq termometrlə ölçmək vacibdir”.

Ü.Hacıyeva həmçinin ötən gün sosial şəbəkələrdə “donuz qripi” virusunun hava ilə uşaqlara yoluxdurulması barədə yayılan səs yazısına da münasibət bildirib: "Bu yanaşma heç bir məntiqə uyğun deyil. Ümumiyyətlə, hava ilə virusun yayılmasını lokallaşdırmaq olmaz. Bu, sadəcə, gülünc fikirdir”.

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı