Lənkəranda it dişləyən 10 nəfərin hər birinə quduzluq əleyhinə zərdablar vurulub.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, həmin şəxslər gecə saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər.
“Gigiyena və Epidemiologiya Stansiyasına, Bakteroloji laborotiyaya məlumat verilib. İtlər həmin şəxslərin müxtəlif bədən nahiyyələrindən dişləyib. Dərhal onlara ilkin tibbi yardım göstərilib, zərdab vurulması üçün poliklinikaya aparılıblar. Hər şey nəzarət altındadır. Bu gün evə buraxılacaqlar”.
Qeyd edək ki, ötən gün axşam saatlarında Lənkəran rayonunun Liman şəhərində 10 nəfəri it dişləyib.