Günümüzdə sadə unutqanlığın bir çox insana təsir etdiyini ifadə edən Prof. Dr. Uludüz bildirib ki, ''Gündəlik həyatda bəzi yanlış vərdişlər və xəstəliklər də bu problemə səbəb ola bilər"
Unutqanlıq yaddaşda saxlanan məlumatın yadda qalmaması zamanı yaranan qısa və ya uzunmüddətli bir vəziyyətdir. Bəzən yorğunluq və ya sıx iş rejimi kimi sadə səbəblərdən yaranan bu problem bəzən narahatlığa səbəb ola bilir.
Unutqanlığın yalnız tez-tez təkrarlandığı zaman nəzərə alınması lazım olduğuna diqqət çəkən Nevrologiya Mütəxəssisi Prof. Dr. Derya Uludüz bəzən yanlış vərdişlərlə ortaya çıxan ən çox görülən fizioloji və ya psixoloji səbəbləri sadaladı:
1- Qan dövranı pozğunluqları: Ürək-damar xəstəlikləri, hipertoniya, diabet kimi qan axınına mənfi təsir edən vəziyyətlər.
2- Erkən pensiya/Yaşlanma: Yaşın artması, təqaüdə çıxma ilə birlikdə məsuliyyətlərin və motivasiyanın azalması.
3- İltihab: Diş əti xəstəliyi, qanınızdakı yüksək C-reaktiv protein [CRP] səviyyələri, yüksək homosistein səviyyələri.
4- Genetika: APOE geninin e4 versiyasına sahib olmaq.
5- Baş zədələri: Huşunu itirmiş və ya olmayan baş zədələri, erkən yaşlarda aşağı intensivlikli baş zərbələrinə tez-tez məruz qalma (futbol oynamaq, boks kimi idman növləri)
6- Toksinlər: Həddindən artıq spirt və narkotik istifadəsi, havanın çirklənməsi, bəzi qidalar və ya şəxsi baxım məhsulları vasitəsilə toksinlərə məruz qalma.
7- Psixi problemlər: Xroniki stress, depressiya, təklik, travma sonrası stress pozğunluğu.
8- İmmun/İnfeksiya problemləri: Xroniki yorğunluq sindromu, otoimmün problemlər, müalicə olunmamış infeksiyalar.
9- Neyrohormon çatışmazlığı: Tiroid səviyyəsinin aşağı olması, kişi və qadınlarda cinsi hormonların olmaması.
10-Piylənmə: Diabet, prediyabet və piylənmə, insulin müqaviməti. Xüsusilə qarın nahiyəsində çəki artımı unutqanlıq üçün risk hesab edilir.
11- Yuxu problemləri: Xroniki yuxusuzluq və yuxu apnesi.
12- Vitamin-Mineral əskikliyi: Xüsusilə B, D, E vitaminləri və dəmir əskikliyi.
13- Beyin şişləri: Baş ağrısı, qusma, ürəkbulanma, görmə pozğunluğu və şüurun pozulması da müşahidə edilir.
14- Bəzi dərmanlar: Sakitləşdiricilər, antidepresanlar, bəzi epilepsiya dərmanları, ağrıkəsicilərin tez-tez istifadəsi.
15- Susuzluq: Beyində kiçik bir su çatışmazlığı belə qısa müddətli unutqanlığa səbəb ola bilər. Uzun müddətli susuzlaşdırma beyin hüceyrələrinin ölçüsü və kütləsinin azalmasına səbəb ola bilər.
Xəyal Ramiz