Azərbaycanda yeriyə bilməyən qız gimnast oldu - VİDEO | Eurasia Diary - ednews.net

17 İyul, Çərşənbə axşamı


Azərbaycanda yeriyə bilməyən qız gimnast oldu - VİDEO

Maraqlı

A- A A+
Masallıda 17 yaşlı qız qeyri-adi istedada malikdir. O, çətin gimnastik hərəkətləri asanlıqla yerinə yetirir. Maraqlısı isə odur ki, bu hərəkətləri uşaq vaxtından əvvəlcə özü öyrənib.
 
17 yaşlı Günay Nuriyeva Masallı rayonunun Həsənli kənd sakinidir.
 
Valideynlərinin sözlərinə görə, Günay 5 yaşına kimi sümüklərində olan boşluqlar səbəbindən hərəkət edə bilməyib. Amma 5 yaşından sonra bu bacarığını nümayiş etdirməyə başlayıb. Əvvəlcə ev şəraitində məşğul olan Günay Nuriyeva sonradan bədii gimnastika üzrə paytaxtda məşqlərə başlayıb.
 
Günay Nuriyeva hazırlıq çərçivəsində bir neçə yarışlarda iştirak edərək müxtəlif nailiyyətlər qazanıb. Sonradan qolunun sınması və ayağından aldığı travmalar səbəbindən məşqlərə fasilə verib. Amma bu da onun gimnastikaya olan həvəsini yarımçıq qoymayıb.
 
Müsahibimiz hazırda iki aydır valideynləri ilə birgə Masallı rayonunun Həsənli kəndində yaşayır. Məşqlərini də fərdi şəkildə ev şəraitində edir. Valideynləri Günayın idmana olan həvəsinin itməməsi üçün bu sahənin müəllimlərindən ona sahib çıxmasını istəyir.
  
Günay Nuriyeva inanır ki, gimnastika ilə daha peşəkar şəkildə məşğul olmasına əlverişli şərait yaradılarsa, daha böyük uğurlar qazana bilər.

APA TV

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...