21 İyun, Cümə axşamı


Dünya bu türkün etdiyindən danışır - FOTOLAR

Maraqlı

A- A A+
Almaniyanın Şimali Ren Vestfalya əyalətinə bağlı Gelsenkirçen şəhərində yaşayan bir türk hamıya örnək olacaq işlə məşğul olur.
 
Gürdal Mutlu müxtəlif maketlər düzəldərək satır və qazandığı gəliri köməyə ehtiyacı olan uşaqlara bağışlayır. Maket düzəltməyi Gelsenkirçen Bələdiyyəsinin təşkil etdiyi kursda öyrənən Gürdal Mutlu, uzun zaman maraq göstərdiyi bu işi peşəyə çevirib. Maketlərdən əldə etdiyi gəliri, təhsil üçün köməyə ehtiyacı olan uşaqlara bağışladığını deyən Mutlu, gəmi maketlərinin daha maraqla qarşılandığını deyib.
 
O, bildirib ki, maketləri hazırlayan zaman Türkiyəyə məxsus simvollardan istifadə edir. Ən böyük xəyalı isə gələcəkdə maket şəhər qurmaqdır: “Maket tikintisi məni sakitləşdirir. Xüsusilə uşaqlarımıza bunu tövsiyə edirəm. Bu cür kurslarda mütləq iştirak etsinlər”. Gürdal Mutlu gəmi və ev formasında hazırladığı yüzlərlə maketi nümayiş etdirmək istəyir.
1

1

1

metbuat.az

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...