22 İyun, Cümə


Ölümdən sonra nələr olur - İlk dəfə açıqlandı - Şok görüntülər - FOTOLAR

Maraqlı

A- A A+
İnsan bədəninin ölümdən sonra nələrlə qarşılaşdığı uzun illərdir ki, mübahisə mövzusudur. Bu proses hər canlı üçün eyni şəkildə baş vermir. Elm adamları bu prosesi ilk olaraq, soxulcanlarla test ediblər. Ortaya maraqlı nəticələr çıxıb.
 
Ölümdən sonra insan bədənində baş verən “riqor mortis” prosesi soxulcanlarda hələ onlar sağ ikən başlayır. Alimlər ölüm anının başlanğıcından etibarən soxulcanın verdiyi reaksiyaları incələyib. Ölmək üzrə olan soxulcanın vücudunda baş verənləri izləyən araşdırmaçılar əldə etdikləri məlumatların insanlarda yaşla birlikdə gələn ölümcül xəstəliklərin xəbərçisi olduğu fikrinə gəliblər.
Araşdırma aparan heyət üzvlərindən professor David Qems “bu günə qədər hüceyrə ölümləri ciddi şəkildə araşdırıldı, ancaq bütün orqanizmin ölümü və bu proses haqqında çox az şey bilinir” deyib. O, əldə etdikləri nəticələrin önəmli olduğunu vurğulayıb.
 
“Riqor mortis” və ya ölüm şiddəti əzələlərdəki biokimyəvi bir dəyişiklikdən irəli gələn və ölünün bədən üzvlərini bərkidən bir ölüm əlamətidir. Bu fakt otaq temperaturunda bir insanda ölümdən 3-4 saat sonra görülməyə başlayır, 12 saat sonra pik nöqtəsinə çatır və 36 saat sonra dayanır.
1

1

1

1

teleqraf.com

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...