20 İyun, Çərşənbə


Dünyanın döyüşən qadınları - Qarabağda vuruşan, 300-dən çox adamı öldürən…

Maraqlı

A- A A+

Dünyanın bəzi  ölkələrində qadınlar məcburi şəkildə ordu sıralarına cəlb edilirlər.

Bir çox ölkədə isə qadınlar özləri könüllü döyüşlərdə iştirak edirlər. Hazırda Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatında qadınlar da iştirak edir. Yüzbaşı Dilek Aygün YPG, PKK və İŞİD-ə qarşı əməliyyatlarda diqqət çəkən qadın hərbçilərdəndir.

Tarixdə hünərləri ilə kişiləri ötüb keçən, özlərindən bəhs elətdirən qadın döyüşçülər kifayət qədərdir. Minval.info yadda qalan hərbçi qadınların kimliyini təqdim edir.

Lüdmila Pavliçenko. Dünya Müharibəsində Sovet ordusunda snayper olan 2 mindən qadından biri olub. 36-ı snayperçi olmaqla 300-dən çox alman əsgərini ölürən bu qadın Amerikaya qədər gedib çıxa bilib. Tanıtım üçün Ağ Evə göndəeilən Pavliçenko  dövrün ABŞ prezidenti Franklin Ruzveltlə də görüşüb. Beləliklə, Lüdmila ABŞ prezidenti tərəfindən rəsmi qəbul edilən ilk Sovet vətəndaşı olub.

İlgili resim

Hazırda Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi olan Kəmalə Qəhrəmanova 1991-ci ildə Qarabağ döyüşlərində iştirak edib. 18 yaşlı Qəhrəmaova saçlarını kəsərək Ağdam, Şuşa, Ağdərə, Kəlbəcər istiqamətində döyüşlərdə iştirak edərək yaralanıb.

Kəmalə Qəhrəmanova ile ilgili görsel sonucu

ABŞ ordusunda xidmət edən Şeri Gallaher ölkəsinin ən yaxşı pulemyotçularından biri sayılır. 2010-cu ildə 11 kişi rəqibini geridə qoyaraq “İlin əsgəri” seçilən Gallaher bu adı qazanan ilk qadın hərbçidir.

İlgili resim

Monika Lin Braun ABŞ ordusunda “Gümüş ulduz” ordeni ilə təltif edilən ikinci qadındır. O, bu mükafata 2007-ci ildə  Əfqanıstanda bombalı hücum zamanı göstərdiyi qəhrəmanlığa görə təltif edilib. Braun yaralanan əsgərləri yol kənarına daşıyıb və öz bədənini onlar üçün sipər edib.

monica lin brown ile ilgili görsel sonucu

Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin tərkibindəki partizan qadınlar dünyanın diqqətini cəlb edir. Əvvəllər ingilis dili müəllimi olmuş, daha sonra Kolumbiya gerillalarına qoşulan Tanya Nimeyer bir çox terror aktlarının törədilməsində iştirakına görə 60 il müddətinə həbs edilib.

İlgili resim

Yaşadığı kənd alman əsgərləri tərəfindən güllə-baran edildikdən sonra orduya qoşulan Yevdokiya Zavaliy. Dünya Müharibəsindən sonra 40 ordenlə təltif edilib. 4 dəfə yaralanan Zavaliy “Xanım Qara ölüm”adı ilə tanınıb.

İlgili resim

Kərkük yaxınlığıdakı döyüşlərdə məhv edilən Nigar Hüseyni kürd terrorçularının ən döyüşkən qadınlarından biri olub.

İlgili resim

 

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...