İngiltərə dünən növbəti dəfə şahzadə nağılına şahidlik edir. Məşhur “Suits” serialı ilə ulduzu parlayan Meqan Markl şahzadə Harri ilə evlənib.
Şahzadə Harri ilə nişanlanan aktrisanın toyunda bir neçə gəlinlik geyinəcəyi deyilsə də, gözlənilənlər özünü doğrultmadı. Meqan Marklın gəlinliyi, uzun saçları və duvağındakı parıltılı tac diqqət çəkib.
Toy mərasimində ən maraqlı məqam təhlükəsizlik tədbirləri olub. Britaniya taxt-tacının beşinci şahzadəsi Harrinin toyunda ingilis polisləri odlu silah daşımayıb.
Şəhzadə həyat yoldaşına vəfat etmiş anası Şahzadə Diananın üzüyünü taxaraq, onun xatirəsini yad edib. Dünya mediası Diananın üzüyünü taxan aktrisa haqqında çoxsaylı məqalələr yazıb.
Ölkənin baş naziri Tereza Mey də daxil olmaqla, digər rəsmi şəxslər toya dəvət edilməyib. Səbəb olaraq isə bu günün rəsmi tədbir deyil, ailə məclisi olduğu irəli sürülüb.