Ölümdən sonra həyatın olduğu növbəti dəfə təsdiqləndi ARAŞDIRMA

Maraqlı 14:43 20.05.2018

“Ölümdən sonra həyat var”. Alman alimləri 4 il davam edən ciddi araşdırmalarından sonra bu qənaətə gəliblər. Belə ki, Berlin Texniki Universitetinin həkimlərindən ibarət mütəxəssislər qrupu bu günlərdə maraqlı açıqlama verib. Onlar kliniki müşahidələrlə sübut ediblər ki, ölümdən sonra həyat mövcuddur.

Araşdırmalarda çoxlu sayda könüllü şəxslər iştirak edib. Onlar tibbi müşahidə altında 20 dəqiqəlik kliniki ölüm keçiriblər. Həkimlər 4 il davam edən təcrübə müddətində iştirak edən könüllülər qrupuna adrenalin və dimetiltriptamin iynələri vurub. Pasientlərin kliniki ölümü 20 dəqiqə çəkib.

Professor Bertold Akkermanın başçılığı ilə davam edən təcrübə nəticəsində könüllülərin kliniki ölümə dair təəssüratları qeydə alınıb. Nəticələr göstərib ki, qeydlərin çoxu bir-birinə bənzəyir.  944 nəfərdən böyük əksəriyyəti şüurun bədəndən ayrılması, tam sakitlik və rahatlıq, təhlükəsizlik, istilik və hətta ərimə hiss ediblər. Bir çoxu isə gözqamaşdıran işıq gördüklərini iddia edirlər.

Araşdırmanın maraqlı tərəfi ondan ibarətdir ki, bu təcrübədə müxtəlif dindən olan insanlar iştirak edib. Onların gəldiyi qənaətə görə, dinin ölümlə heç bir əlaqəsi yoxdur. Çünki onların dini görüşlərinin bu prosesə heç bir təsiri olmayıb və bütün insanlar eyni hissləri bölüşüblər.

“Bilirəm ki, bu təcrübəmiz minlərlə insanın ölüm haqda olan fikirlərini alt-üst edəcək. Amma etiraf etmək lazımdır ki, bununla biz insanlığı düşündürən ən dərin sualın cavabını tapa bildik. Bəli, ölümdən sonra da həyat var” – deyə Akkerman qeyd edib.

Qeyd edək ki, ölümdən sonrakı həyat haqqında bütün dini kitablarda məlumatlar var. İnanclara görə, o biri dünya, ya da axirətə bağlı Bərzəx(Limbus), Cəhənnəm (Hell), Cənnət (Heaven-Paradise) kimi vəziyyətlərin yaşanması üçün ruhun bədənini tərk etmiş olması lazımdır. Bütün bunların ola bilməsi üçün ruhun insan bədənindən ayrılması bir məcburiyyətdir.

Dini inanclara görə, ölən şəxs bunları həm bədəni və həm də ruhuyla birlikdə yaşaya bilməz. Çünki ölmüş birinin bədəni hələ bu dünyada qalır və illər sonra belə, bu şəxsin sümüklərinin olduğu məzarda uzun müddət çürümədən qaldığı və o biri aləmə getmədiyi bilindiyi üçün bütün bunları yalnızca şəxsin ruhunun yaşayacağına inanılır.

Alman alimlərindən öncə də Avstriya, ABŞ, İngiltərə alimləri bu barədə araşdırmalar aparıb, sonda ölümdən sonra insan şüurunun öz fəaliyyətini dayandırmadığını kəşf ediblər. Məsələn, uzun müddət Harvard Universitetində dərs keçən və əla neyrocərrah imici qazanan həkim Eben Aleksandr özünü xristian hesab etsə də, heç vaxt axirətə inanmayıb, hətta Allahın olduğuna inananları ciddi qəbul etməyib. Lakin 2008-ci ilin payızında onun özünün komaya düşməsindən sonra hər şey dəyişib. Məhz o zaman Aleksandr bir həftə ölümlə həyat arasında olub, onun fikirlərə və emosiyalara cavab verən beyin qabığı fəaliyyətini dayandırıb. Tanınmış cərrahın sözlərinə görə, o özü isə axirət dünyasına, eləcə də cənnətə səyahət edib.

Həkim qeyd edir ki, bütovlükdə onun baş çəkdiyi mistik məkan kliniki ölüm və ya başqa sərhəd vəziyyətlərini yaşamış insanların çoxsaylı təsvirlərinə oxşayırdı. Həkim bu qəribə dünyanın necə göründüyünü təsvir edə bilib. O danışır ki, səyahəti buxara çevrilərək buludlarda yüksəyə qalxmasından və tezliklə “səmada uçan, sayrışan və dalınca xəttə oxşar uzun izlər qoyan şəffaf varlıqları” görməsindən başlayıb. Bundan başqa, həmin varlıqlar çox gözəl mahnıya bənzər qəribə səslər çıxarırdılar və ona elə gəlirdi ki, bu varlıqlar bununla onları əhatə edən sevinci və xoşbəxtliyi ifadə edirdilər.

Bəs İslam dini ölümdən sonrakı həyatı necə izah edir?

Mövzu ilə bağlı dini ekspert Kənan Rövşənoğlu “Yeni Müsavat”a danışıb: “Ölümdən sonrakı həyat mövzusu bütün dinlərdə ana xətti təşkil edir. Xüsusən də səmavi dinlər adlandırılan musəvilik, xristianlıq və İslam dinində ölümdən sonrakı həyata və ya başqa adla axirət inancı imanın əsas şərtlərindən biridir. Müqəddəs kitabların hamısında yazılır ki, insanın ölməsi həyatın başa çatması deyil.

İslama görə, insan ruhu üç əsas qüvvədən ibarətdir: ağıl, qəzəb və şəhvət qüvvələri. İnsanın bütün əməlləri bu qüvvələr vasitəsilə idarə edilir. Onlardan hansı biri üstünlük əldə edərsə, bütövlükdə insanın xarakterini öz təsiri altına alır. Quranda buyrulur ki, Allah insana öz ruhundan üfürüb. Yəni ruh həm də ilahi bir mahiyyətlidir: “(Ya Peyğəmbər!) Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan (Adəmi) yaradacağam. Mən onu tamamlayıb (insan şəklinə salıb) Öz ruhumdan (Özümün yaratdığı ruhdan) üfürən (can verən) kimi ona (hörmət əlaməti olaraq) səcdə edin!” Ancaq ruhlar barədə, ayədən də göründüyü kimi, detallı bilgilər yoxdur. Sadəcə bu mövzuda yozumlar var“. (müsavat)

Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Jeyhun Bayramov discusses situation in Gaza with Prime Minister of Palestine
15:30 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR
11:25 19.04.2024
Kəlbəcərdə "futbol həyəcanı" - VİDEO
11:18 19.04.2024
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
11:15 19.04.2024
“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva
11:05 19.04.2024
Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO
11:00 19.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:50 19.04.2024
Hamısı