Yük avtomobilinin sürücüsü sanki magistralda yox, yarış meydançasındadır. Yük maşınları üçün sürət saatda 70 km nəzərdə tutulsa da, bu yük maşını saatda 140 km sürətlə hərəkət edir. Avtomobillərin sıx hərəkət etdiyi yolda sürücü elə həmin sürətlə ötmə və dönmə əməliyyatları edir.
Həyəcan dolu kadrlar Ələt-Astara magistralında başqa bir sürücü tərəfindən çəkilib.
Kadrlardan aydın olur ki, sözügedən avtomobilin dövlət qeydiyyat nişanı ''99-CJ-883''-dür.
Yol hərəkəti üzrə ekspert Azər Allahverənov deyir ki, sözügedən avtomobili idarə edən sürücü kobud qayda pozuntusuna yol verməklə yanaşı, həm də digər yol hərəkəti iştirakçılarının həyatını risqə atır. Ekspertin sözlərinə görə, sürücü yol polisi tərəfindən müəyyən edilərək cərimə edilməlidir.