Dipkarpaz - yunan və türklərin birlikdə yaşadığı kəndin sirləri FOTOLAR

Maraqlı 13:13 18.06.2018

Şimali Kiprə ayaq basdığım andan Dipkarpaza gedib necə iki fərqli toplumun, iki fərqli dinin, mədəniyyətin bir arada yaşadığını öz gözlərimlə görmək, buradakı insanlarla tanış olub söhbət etməyi çox istəyirdim. Gərək obyektiv, gərəksə də subyektiv səbəblərdən bu arzumu gerçəkləşdirə bilmirdim dünənə qədər. Yaşadığım bölgədən təxminən 2 saatlıq məsafədə yerləşir Dipkarpaz kəndi...Adı üstündə Kipr adasının dibində, ən uc nöqtəsində ... Aralıq dənizinin bənzəri olmayan mas-mavi sularının yanında həyatını davam etdirən Dipkarpaz...

Buranı özəl edən isə yalnız təbiəti deyil… İngilis generalının yaşıl qələmi ilə bölünən adanın siyasi taleyinə təslim olmayan xalqın hekayəsidir...
Yola düşmədən öncə bir az araşdırma aparmışdım. Həm yunanların, həm də türklərin bu kənddə qibtə ediləcək səviyyədə sülh içində yaşadığını bilirdim. Buraya iki toplum arasında olan etnik konfliktin ayağını basa bilmədiyini bilirdim. Və gözlədiyimin üstündə bir mənzərə ilə qarşılaşdım.

Kəndin girişində DipKarpaz tabelasını görürük. Və daha sonra isə kəndin mərkəzinə yollarınıq. Burada kilisə və məscid yan-yana yerləşir. Əhali heç bir problem və konflikt yaşamadan rahat ibadətlərini yerinə yetirir. Möhtəşəm mənzərədir. Əslində belə də olmalı deyilmi? İradə özgürlüyü, dini azadlıq, öz mədəniyyətini yaşatmaq və nəsildən-nəslə köçürtmək bu olsa gərək.

İlk dayanacağım yer isə elə mərkəzdə qarşı-qarşıya yerləşən iki qəhvəxana olur.

DİP.jpg (2.99 MB)

(Bizim çayxana, onların da qəhvə dedikləri bu məkanlarda insanlar asudə vaxtlarını keçirirlər. Kipr xalqına gəldikdə isə qeyd etmək lazımdır ki, onlar çay içən deyillər. Daha çox qəhvə içməyə üstünlük verirlər).

Bunlardan biri yunanlara, digəri isə türklərə aiddir. Açıqcası niyyətim o idi ki, hər ikisinə ayrı-ayrı gedib oradakı insanlarla söhbət edəcəm. Ancaq buna gərək qalmadı. Çünki "burası türkün, orası yunanın qəhvəxanasıdır", ayrı-seçkiliyi yoxdur. Həm yunan, həm də türklər özlərini hansında rahat hiss edirlərsə orada da vaxtlarını keçirirlər. Onlar birlikdə nərd, "okey" oynayır və söhbət edirlər.

İlk müsahibim isə qəhvəyə getmədən öncə marketdə dondurma alarkən tanışdığım oranın işlətməçisi Nurullah abi olur. Kənd haqqında ümumi məlumatları ondan başqa kiminsə verə biləcəyini düşünmürəm.

Nurullah 1976-cı ildən Dipkarpaza köç etdiklərindən danışdı. Türkiyənin Bitlis bölgəsindən adaya gəldiyindən bu yana Dipkarpazda yaşayır. Müəyyən adaptasiya dövrü keçirtsələr də, heç bir konflikt yaşamadıqlarını qeyd etdi.

1974-cü ilə qədər burada demək olar ki, Kipr yunanları yaşayıb. Daha sonra türklərin köç etməsi ilə Dipkarpaz iki toplumun yaşadığı kəndə çevrilib. Marketindən alış-veriş edənlər yalnız türklərdimi sualıma da, “Xeyr, burada sənin-mənim ayrı-seçkiliyi yoxdur. Hər iki tərəf alış-veriş edir”, cavabını verdi.

Və yollandım qarşıdakı yunan qəhvəxanasına. Bura insanlarla dolu olsa da, əksəriyyəti turistlər idi. Məkanın işlətməçisi 5 il bundan qabaq buraya köçən yunanlı gəncdir. Məmləkəti Kiprin cənubunda yerləşən Limassoldur. Karis xanımı ilə Dipkarpazda tanış olub və ailə qurduqdan bu yana kənddə yaşayır. Dipkarpazda yaşamaqdan çox məmnun olduğunu dedi. Yunan hökumətinin burada yaşayan yunan kiprlilərinə yardım etdiyini bildirdi. Onlara hər ay adambaşına 500 avro və ərzaq yardımı verilir. Əhali bundan əlavə əkinçilik, maldarlıq və ticarətlə geçimini təmin edir.

YASLİ.jpg (2.62 MB)

Cənubi Kipr hökumətinin burada yaşayan əhaliyə aylıq yardım etməsinin səbəbi yunan əhalisinin köçməsinin qarşısını almaqdır. Adada hal-hazırda 200-250 nəfər yunan yaşamaqdadır. Onların sayı öncələri daha çox olsa da, son dönəmlərdə azaldığını bildirdilər. Karis kənddəki yeganə yunan idi ki, ingliscə bilirdi. Mən digər yunanlarla söhbət edərkən tərcüməçi rolunu üstləndi.

Digər müsahibim Karistomos idi. 1975-ci ildə Türk Barış Hərəkatından bir il sonra dünyaya gəlib. Valideynləri konfliktə baxmayaraq, Dipkarpazı tərk etmək istəməyiblər. Karistomos da Dipkarpazda böyüyüb. Yalnız yunanca danışa bilir. Orta nəsil yunanlar türkcə danışa bilmir. Yeni nəsil isə az-maz danışa bilir. Səbəbi isə məktəbdə türkcə dərslərini almalarıdır.

karis.jpg (3.08 MB)

Məlumatı söhbət əsnasında 17 yaşlı Andreas verdi. Onunla türkcə danışa bildim. Kənddə hər iki toplum üçün iki məktəb olduğunu söylədi. Yunanların məktəbində şagirdlərə türkcə dərslər də verilir. Lakin türk məktəbində yunanca dərsi verilmir. Andreas gənclər arasında çox yaxşı münasibətlərin, dostluqların olduğunu bildirdi. Lakin hər iki tərəf arasında sevgi münasibətlərinin olmadığını da qeyd elədi, ya da nadirən olduğunu söylədi.

Bu baradə yunan qəhvəsində nərd oynayan orta nəsil türk əhalisi də bəhs etdi. Köçmən olaraq ailəlikcə 1975-ci ildə adaya gəldiyini bildirən Şükrü amca indiyə qədər yalnız 5 yunan-türk ailəsinin qurulduğunu qeyd etdi. Əhali hər nə qədər dostluq içərisində yaşasa da, qarışıq evliliklərə çox da isti baxılmır: “Bu hər iki tərəf üçün də keçərlidir”, dedi Şükrü amca.

Daha sonra Ayios Filon kilisəsinə yollanmaq istədim. Ancaq oranın yalnız bazarertəsi açıq olduğunu bildirdilər. Bu tarixi kilisə 4-cü əsrdə tikilib. 802-ci ildə ərəblərin adaya hücumu nəticəsində dağılsa da, 12-ci əsrdə yenidən inşa edilib. Hal-hazırda məscidlə yan-yana əhalinin dini ibadətlərini yerinə yetirdiyi məkandır. Xristianlar kilisədə, müsəlmanlar məsciddə ibadətlərini rahat bir şəkildə yerinə yetirirlər.

Apostolos Andreas Monastırı

monastır.jpg (3.29 MB)

Dipkarpazı məşhur edən digər tarixi bina Apostolos Andreas Monastırıdır. Burası həm türklər, həm də yunanlar üçün olduqca müqəddəs sayılır. Monastır turistlərin mütləq gəlib ziyarət etdikləri məkanlardan biridir. Xristian əhali, hətta deyə bilərik ki, bütün ziyarətçilər monastırda girişdə şam yandırıb niyyət tuturlar.

Dipkarpaz Milli Parkı

İnşaatın yasaqlandığı bölgədir. Turistlərin axın etdiyi və təbiət qoynunda istirahət etmək istədikləri məkanlardan biridir. Parkda yaban eşşəklərə rast gəlinir. Turistlər bəzən onların rəsmini almaq istəyərkən eşşəklər onlara yaxınlaşır. Bu da “eşşəklər yolu göstərir” zarafatını yaradıb. Bölgəyə gələn turistlər əsasən ingilislər, almanlar və ruslardır.

Və beləcə qısa və yeni bilgiləri əldə etdiyimiz Dipkarpaza vida edirik. Kipr problemi həll olunmasa da, buradakı əhali birlikdə yaşayır, birlikdə öz mədəniyyətlərini, dinlərini yaşadırlar. Onlar sülh və əmin-amanlıq içində yaşamağın ən gözəl nümunəsidirlər...

 

 

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Əməkdar artist Rahib Əliyev vəfat etdi
18:40 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
Hamısı