Türkiyədə qəzaya uğrayan iki avtomobildən biri mağazanın içinə girib.
Qəza zamanı mağazaının içində olan iki nəfər avtomobilin altında qalıb. Qəzadan yüngül yaralar ilə xilas olan müştərlərdən biri avtomobilin sürücüsünə hücum çəkib. Mağazanın içində olan digər vətəndaşlar mübahisəni ayırmağa çalışıb.
Daha sonra hadisə yerinə tibb işçiləri və polislər çağırılıb. Yaralılar xəstəxanaya yerləşdirilib, polislər isə qəza ilə bağlı araşdırma başladıb. Digər tərəfdən qəza anı və daha sonra baş verənlər kameralara əks olunub.(metbuat.az)