Dünyanın ən varlı İngilis müğənnisi Adele ucuz malların satıldığı mağazada görüntülənib.
Xarici mətbuat xəbər verir ki, ulduz alış-veriş edərkən paparatsilər tərəfindən lentə alınıb. Mağazanın alt qatında özü üçün paltar alan Adele, daha sonra üst mərtəbəyə çıxaraq uşaq qatından da alış-veriş edib. Məşhuru mağazada görənlər təəccüblərini gizlətməyib.
Xatırladaq ki, dünya ulduzunun çıxdığı son dünya turunda biletləri təxminən 140,000 funt-sterlinq dəyərində satılıb.