Hindistanda Keti Vilson adlı qadının başına qəribə hadisə gəlib.
41 yaşlı Keti illərdir baş gicəllənmə, baş ağrıları, sümük ağrılarından əziyyət çəkib.
Bir neçə il həkim nəzarətində olan və dərmanlar qəbul edən Vilsonun dərdini santexniklər taxıb.
Belə ki, bir gün hamamda su qızdırıcı aparatı dəyişən ustalar onun qaz sızdığını görür. Məlum olur ki, aparatdan uzun illər qaz sızıb və bundan xəbərsiz olan Keti zəhərlənib.
Su qızdırıcı aparat dəyişdirildikdən sonra özünü yaxşı hiss edən qadın santexniklərə təşəkkürünü bildirib. (axşam.az)