Uşaqlığımızın sevimli cizgi filmlərindəki personajların çoxunun məşhur şəxslərin prototipi olduğunu bilirsinizmi?
Bəs prototip nə deməkdir?
Bəzən gerçək tarixi şəxsiyyətlərin, bəzən mifik obrazların, bəzən də bir neçə insanın ən maraqlı xüsusiyyələrinin, zahiri görünüşünün animasiya qəhrəmanında cəm edilməsi, prototipinin yaradılması anlamına gəlir.
Maraqlı faktlardan biri də odur ki, bütün uşaqların doğma “Karlson”u nasist Almaniyasının Hitlerdən sonra ikinci rəhbəri sayılan Herman Herinqin prototipidir.
O dövrdə bir sıra yazıçılar kimi norveçli Knut Hamsun da faşist ideologiyasının dəstəkçilərindən idi. Bu yazıçılardan biri də isveçli Astrid Lindqren idi. Odur ki, xanım Lindqren Herinq prototipini “Karlson” adı ilə bizə uşaqlıqdan sevdirib. Hətta Karlsonun dillər əzbəri olan "sakitlik, yalnız sakitlik" və bir sıra digər ifadələri də gerçək qəhrəmanın sözləridir.
Bəs Herman Herinq kim idi?
Herman 1893-cü ildə Alman İmperiyasında dünyaya göz açıb. 1946-cı ildə İkinci Dünya Müharibəsində məğlubiyyətdən sonra intihar etmişdi.
Herinq peşəkar pilot idi. Onun şan-şöhrəti dünyaya yayılmışdı. O, həm birinci, həm də ikinci dünya müharibələrinin fəal içtirakçısı olmuşdu. Yəqin elə buradan sizə də aydın oldu ki, evlərin damında yaşayıb, qarnındakı düyməni basaraq, belindəki propellerini hərəkətə gətirib, uçan, gombul Karlson pilot Hermanın bənzəridir.
İsveçli yazıçının övladları bu əhvalatın tam əksini iddia edir və Karlsonun sadə cizgi personajı olduğunu vurğulayırlar.(publika)