Türkiyəli məşhur teleaparıcı Acun Ilıcalının keçmiş həyat yoldaşı və uşaqlarının olduğu yaxta batma təhlükəsi ilə üz-üzə qalıb.
Muğlanın Bodrum vilayətində A.Ilıcalının keçmiş həyat yoldaşı Zeynəb Yılmaz, qızları Leyla və Yasəmən Ilıcalı ilə dostlarının da aralarında olduğu 8 nəfərlik qrup qorxulu anlar yaşayıb. Sahildən ayrılan kimi içərisinə su dolan yaxta batma təhlükəsi ilə üz-üzə qalıb. Ətrafdakı dənizçilərin köməyi ilə yaxtadakılar təxliyə edilib.
Təxliyə edənlər qəzanın sahilə yaxın yerdə olmasını xoşbəxtlik adlandırıblar. “Açıq dənizdə olsaydı, nəticə daha pis olardı”, - deyə bildiriblər.