Siçanlar Hitlerə qarşı Stalinqrad döyüşündə heyvanlardan necə istifadə olunmuşdu

Maraqlı 15:28 22.07.2018
Dünya tarixinin ən qanlı səhifələrindən biri olan II Dünya Müharibəsi zamanı insanlarla yanaşı, heyvanlar da böyük “qəhramanlıqlar” göstəribilər. Əlbəttə, belə “qəhrəmanlıq”ları mükafatsız qoymaq doğru olmazdı. Elə bu səbəbdən də 1943-cü ildə müharibədə iştirak edən və insanlıq adına xidmət etmiş heyvanların mükafatlandırılması üçün Mariya Dikin tərəfindən “Dikin” medalı təsis olunmuşdu. “Dikin” medalı həm də heyvanların “Viktoriya Xaçı” adlandırılırdı.
 
Beləcə, “Dikin” medalı ilə ikinci dünya müharibəsi zamanı və ondan sonrakı illərdə (1943-1949) böyük işlər görmüş 32 göyərçin, 18 köpək, 3 at və 1 pişik mükafatlandırılıb. Həmin mükafata ilk layiq görülənlər Britaniya hava qüvvələrinə xidmət edən 3 göyərçin olub.

Lakin Hitler Almaniyasına qarşı savaşda heyvanlar təkcə ABŞ, Britaniya, Fransa ordusunda deyil, eyni zamanda SSRİ ordusunda da “döyüşüblər”.

İkinci dünya müharibəsinin taleyini dəyişən Stalinqrad cəbhəsində almanlar 500.000-850.000 nəfər arası itki veriblər, 91 min nəfər əsir düşüb. Stalinqrad cəbhəsindəki qanlı döyüşlərin başqa maraqlı tərəfi də var. Müharibənin ilk illərində uduzan sovet ordusu düşmənin qarşısını almaq üçün Stalinin əmrilə ağla gələn bütün yollara əl atırdı. Təəccüblü görünsə də, belə yollardan biri də Stalinqrad savaşında tarla siçanlardan istifadə olunması idi.



III Reyxin güclü tank briqadaları 1942-ci ildə Stalinqradda toplananda sovet ordusu “Leopard” və “Pantera” adlı alman tanklarının qarşısında şanssız olduğunu çox gözəl anlayırdı. Elə bu səbəbdən də, fərqli yollar axtarışına başladılar. İlk baxışdan ağılasığmaz görünsə də, sovetlər tanklara qarşı “heyvanlardan ibarət ordu” qurmaq qərarına gəlirlər.

İlk hazırlanan ordu itlərdən ibarət olur. Alman tanklarını məhv etmək üçün təlimatlandırılan köpəklər müharibə sırasında istənilən effekti vermirlər. Tankın altında minanı qoyub, daha sonra çıxması öyrədilən itlərin böyük hissəsi elə mina ilə birlikdə partlayaraq, məhv olmuşdu. Bu taktikanın effektiv olmadığını görən sovet hərbi mütəxəssisi, prof. İqor Varenko ələ keçirilən alman tankını texniki cəhətdən analiz etdikdən sonra maraqlı bir ideya ilə çıxış edir.

Qeyd etmək lazımdır ki, İqor Varenko özü Smolensk Tibb Universitetində “Gəmiriçilərin araşdırılması bölməsi”nə rəhbərlik edirdi. Həmin bölmə gəmiriçilər üzərində elmi tədqiqatlar aparmaqla məşğul olurdu. Bu sahədəki biliklərinə əsaslanaraq, prof. Varenko siçanların müharibədə, xüsusilə də tanklara qarşı istifadəsində inanılmaz yeniliklərə imza atır. Belə ki, alman hərbi maşınlarında elektrik kabelləri ilə yanacaq borularının plastik materialla bağlandığını görən hərbi müətəxəssislər onlara qarşı öyrədilmiş tarla siçanlarından istifadə etmək qərarına gəlirlər.

Qısa müddətə xeyli siçana təlim keçərək, onları hazır vəziyyətə gətirirlər. Beləliklə, ilk dəfə Kirov yaxınlığında yerləşən alman tanklarının üzərinə təyyarələrdən atılan tarla siçanları bir neçə həftə içərisində yüzlərlə hərbi texnikanı sıradan çıxarır. Bəzi mənbələr yazır ki, 1942-ci ildə hücuma hazırlaşan 22-ci tank briqadasının tərkibində olan 104 tankdan sadəcə 20-si texniki baxımdan işlək vəziyyətdə idi, qalan texnikanın hamısı tarla siçanları tərəfindən yarasız hala salınmışdı.



Tankların plastik kabellərini gəmirən siçanların birdən-birə necə ortaya çıxdığını anlamayan almanlar qısa müddət sonra gəmiriçilərin məhz sovet qırıcıları tərəfindən atıldığının fərqinə varırlar.

Sovet ordusu gəmiricilərdən təkcə hərbi texnikaya qarşı deyil, alman əsgərlərinin özlərinə qarşı da istifadə etmişdilər. Belə ki, bəzi mənbələrin yazdığına görə, Stalinqradda savaşan almanların müxtəlif epidemik xəstəliklərə yoluxdurulmasında təlim keçmiş siçanlardan bir vasitə kimi məharətlə istifadə olunmuşdu.

Bir müddət sonra SSRİ-nin siçan ordusuna qarşı almanlar pişikləri cəlb etməyə başladılar. Almanların işğalı altında olan Avropadan toplanan minlərlə pişik Stalinqrad cəbhəsinə göndərildi. Eyni zamanda, tankların gəmiriçilər tərəfindən sıradan çıxarılan hissələrini yaxından incəliyən alman mühəndisləri zəif yerləri möhkəm materialdan istehsal etməyə başladılar.
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO

Xəbər xətti

"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO
13:05 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Hamısı