Afrikada ən qədim insan təsviri tapılıb | Eurasia Diary - ednews.net

19 Sentyabr, Çərşənbə


Afrikada ən qədim insan təsviri tapılıb

Maraqlı A- A A+

Eurasia Diary "Euronews"a istinadla xəbər verir ki, alimlər çərşənbə günü Cənubi Afrikada kiçik bir qaya üzərində dünyanın ən qədim rəsmlərini kəşf etdiyini söyləyiblər.

Cənubi Afrikanın Keyp-Taun şəhərindən 300 km şərqdə Blombos Mağarası'nda tapılan rəsm təxminən 73.000 yaşındadır və qeyri-adi bir neçə xaç xətti ilə bir hashtaq işarəsinə bənzəyir.

Təsvirlər ən azı 30.000 il əvvəlki ən qədim tanınmış rəsmləri qabaqlayır və qırmızı oxra ilə hazırlanmışdır.

Arxeoloq Christopher Henshilwood Reuters-ə təsvirlə bağlı açıqlama verib:

"Bu mütləq mücərrəd bir dizayndır və təsvirçi üçün bir mənaya malikdir və bu ehtimal ki, həmin qrupdakı digər insanlar tərəfindən başa düşülən ümumi simvolik sistemin bir hissəsini təşkil edir".

Rəsm olan qaya təxminən 38,6 mm uzunluğunda və 12,8 mm enindədir.

Blombos mağarasında 100 min illik tarixə dayanan digər sənət nümunələri də tapılmışdır.

“Nature” jurnalında öz tapıntılarını nəşr edən elm adamları üçün, bu əlyazmalar "Afrikalı Homo Sapiens" tərəfindən "müasir idrak və davranışın əsas göstəricisi" hesab edilir.

Afrika 315.000 il bundan əvvəl ortaya çıxan müasir insanın dünyaya gəldiyi yer esab edilir.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...