Almaniya kiber cinayətdən əziyyət çəkir | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə axşamı


Almaniya kiber cinayətdən əziyyət çəkir

Maraqlı A- A A+

Eurasia Diary "Reuters"a istinadla xəbər verir, Almaniyada araşdırmalar göstərir ki, ölkə istehsalçılarının təxminən 2/3-si kiber hücumlara mərüz qalaraq 43 milyard avro zərər görüb.

Bitkom sənaye assosiasiyası Almaniyanın istehsal sektorundan 503 top menecer və təhlükəsizlik şefini sorğulayıb və iqtisadiyyatın onurğası olan kiçik və orta şirkətləri hücumlara qarşı xüsusilə zəif olduğunu qeydə alıb.

"Qanunsuz məlumat və texnologiya transferi kütləvi bir fenomen", BfV daxili kəşfiyyat təşkilatının sədr müavini Tomas Haldenveg söyləyib.

Kiber cinayətkarlar həmçinin Almaniyanın rəqiblərinin işlərinə mane olmaq üçün digər üsullardan da istifadə edilrər. Anket sorğularına görə, respondentlərin  19%-i İT və istehsal sistemlərinin rəqəmsal olaraq sabotaj edildiyini və 11%-i isə kommunikasiya sistemində donmalar olduğunu bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...