Qasırğaların adları necə müəyyən olunur? - sən demə... | Eurasia Diary - ednews.net

20 Noyabr, Çərşənbə axşamı


Qasırğaların adları necə müəyyən olunur? - sən demə...

Maraqlı A- A A+

Florence qasırğası ABŞ-ın şərqinə yaxınlaşdığı vaxtda güclü tropik küləklər və yağış Şimali Karolina əyalətindəki adalara təsir etməyə başladı.

Eurasia Diary-nin verdiyi xəbərə görə, beş əyalətdə və Vaşinqtonda fövqəladə vəziyyət elan edildi, 1 milyon 700 min insan təxliyə olunub.

Mariya, Katrina, Harvey, İrma və Xose son illərin ən güclü qasırğalarından bəziləridir.

Adlar necə seçilir?

Qasırğa adları Dünya Meteorologiya Təşkilatının 6 fərqli siyahısında yer alır və hər il gözlənən qasırğalara bu siyahıdan adlar verilir. Hər 6 aydan bir eyni siyahıya geri qayıdılır.

Bir qasırğa çox sayda insana və ya mal itkisinə səbəb olursa, fırtınaya verilən ad siyahıdan çıxarılır və yeni bir ad əlavə edilir.

Məsələn, 2005-ci ildə, xüsusilə New Orleans əyalətində çox ciddi ziyana səbəb olan 'Katrina' siyahıdan çıxarılan adlardan biridir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...