Eurasia Diary xəbər verir ki, Danimarkanın paytaxtı Kopenhagendə keçirilən gözəllik müsabiqəsindəki namizədlərdən biri gözəlliyilə yanaşı fərqli bir xüsusiyyəti ilə də rəqiblərini geridə qoydu.
Dünyaya gələndə bir qolu digərindən daha qısa olan 17 yaşındakı Celina Riel təbii gözəlliyi və zərifliyi ilə göz qamaşdırdı. Bədənində olan qüsurun həyatını istədiyi kimi yaşamasına mane olmadığını sübut edən Celina bu qüsuruna rəğmən gözəl ola biləcəyini də göstərmiş oldu.