Əgər siz qızıl və gümüşün ən bahalı metal olduğunu düşünürsünüzsə, yanılırsınız.
Rodium
Rodium son dərəcə nadir tapılan və qiymətli metaldır. Yer qabığının 1 tonunda 0.001 qram rodium mövcuddur. Dünyada bu metalı ən çox istehsal edən ölkələr Cənubi Afrika, Rusiya və Kanadadır.
Platin
Bu metalın etimalogiyası İspan dilinə dayanır, platino kiçik gümüş deməkdir. Platin Sıx və korroziyaya uğramayan metaldır. Daha çox zərgərlikdə istifadə olunan metal silah sənayesi və aeronavtikada da istifadə olunur.
Qızıl
Rənginə görə daha çox məhşur olan qiymətli metal qızıl hesab edilir. Zərgərlik, elektronika, radiasiya əleyhinə və istilik izolyasiyasında istifadə olunur. ABŞ, Çin, Avstraliya, Rusiya və Cənubi Afrika qızıl istehsalında əsas ölkələrdir.
Rutenium
Rutenium platin qrupu metallardan biridir. Bu element ailəsinin bütün metalları qiymətli metallar sayılırlar, çünki onlar adətən təbiətdə bir yerə toplanır və oxşar xüsusiyyətləri bölüşürlər. Rutenium elektrik əlaqələrinin effektiv şəkildə yerləşdirilməsi üçün elektronika sahəsində məşhurdur. Ən böyük istehsalçılarına Rusiya, Şimali Amerika və Cənubi Amerika daxildir.
İridium
Ən sıx metallardan biri olan iridium platin qrupunun üzvüdür. Ən yüksək ərimə dərəcələrindən birinə malikdir və ən korroziyaya davamlı elementdir. Metal platin filizindən və nikel mədəninin yan məhsulu kimi emal edilir. İridiumun ən böyük istehsalçısı Cənubi Afrikadır. Saatlar, zərgərlik, kompas, elektronika, tibb və avtomobil sənayesində istifadə olunur.