Türkiyənin ilk demokrat lideri Menderesin edamdan əvvəl dediyi son sözü nə olub? FOTOLAR

Maraqlı 11:49 17.09.2018

57 il əvvəlin bu günü – sentyabrın 17-si Türkiyə demokratiyası tarixinə qara ləkə hesab olunur. Türkiyədə 1960-cı ilin 27 mayında hərbçilərin həyata keçirdiyi dövlət çevrilişindən bir müddət sonra - 1961-ci ilin 17 sentyabrında baş nazir Adnan Menderes edam olundu.

Eurasia Diary teleqraf.com-a istinadən xəbər verir ki, Adnan Menderes 1950-ci il seçkilərindən türk xalqının 52,7 faiz səsini alaraq hakimiyyətə gəlib və 10 il müddətində - ta çevriliş gününə qədər baş nazir vəzifəsində olub. Əgər hərbçilər dövlət çevrilişi etməsəydi, ola bilsin ki, Menderes uzun müddət türk siyasətinin vazkeçilməz siması olmaqda davam edəcəkdi...

1899-cu ildə Aydında doğulan Menderes İzmirdə kolleci bitirib. 1931-ci ildə Menderes Cümhuriyyət Xalq Partiyasının (CHP) Aydınlı millət vəkili seçilib. Eyni zamanda Ankara Universitetinin hüquq fakultəsini bitirib.

İsmət İnönü ilə “Torpaq haqqında qanun”un müddəaları üzərində mübahisə edib. Yaranan fikir ayrılıqları səbəbindən Menderes CHP daxilində müxalifətçi elan olunub və 1945-ci ildə partiyadan çıxarılıb.

Adnan Menderes onunla birlikdə CHP-dan çıxarılan Cəlal Bayar, Fuad Körpülü və Rafiq Koralatanla birlikdə 1945-ci ildə Demokrat Partiyasını (DP) qurub.

Menderesin partiyası 1950-ci il seçkilərində böyük qələbə əldə edib. Seçicilərin 52,7 faiz səsini almaqla parlamentə 420 deputat çıxara bilib.

Bu seçkidən sonra Menderes Türkiyədə 10 illik baş nazir postunda əyləşib. Türkiyənin daxili və xarici siyasətində böyük dəyişikliklərə imza atıb. Onun baş nazirliyi dövründə təkrar olaraq Atatürkün fotosu olan pullar çap edilib, türkcə oxunan azanın ərəbcə oxunmasına icazə verilib, Türkiyə iqtisadiyyatı ildə 9 faiz artıb. 1951-ci ildə Koreyaya əsgər göndərən Menderes 1952-ci ildə Türkiyəni NATO-ya daxil edib.

Türkiyədə azad bazar şərtlərinə söykənən iqtisadiyyatın qurulması Menderesin gördüyü işlərdən biridir. Menders hökuməti xaricilərin Türkiyədə neft axtarışı aparmasına icazə verib, ölkəyə xarici sərmayənin girişinə yaşıl işıq yandırıb, əldə etdiyi kreditləri əsasən kənd təsərrüfatı sahəsinə yönəldib. “Marşal planın”dan istifadə edərək ölkədə yeni sənaye müəssisələri qurub.

Məhz bu xidmətləri sayəsində türk xalqı Mendersə ikinci dəfə səs verib. 1954-cü il mayın 2-də keçirilən seçkilərdə səslərin 57,6 faizini əldə edən Menderes iqtidarı böyük qələbə qazanıb.

1960-cı ilin 27 mayında hərbçilər Menderes hökumətinə qarşı dövlət çevrilişi edib. Səhər saat 04:00-da polkovnik Alparslan Türkeş radio vasitəsilə Türk Silahlı Qüvvələrinin hakimiyyəti götürdüyünü elan edib.

Adnan Menderes 27 may günü Kütahyada polkovnik Mühsin Batur tərəfindən həbs edilərək Ankaraya gətirilib.

Qiyamçı hərbçilər Camal Gürsel rəhbərliyində qurulan Milli Birlik Komitəsi və qurucu parlament ilə hakimiyyəti idarə etməyə başlayıb.

Menderes və hökumət üzvləri isə Ali Məhkəmə Divanı tərəfindən ittiham olunub. Adnan Menderes 13 cinayət işi üzrə ittiham olunub, yalnız 12 ittiham üzrə “təqsirli” sayılıb. Məhkəmə 9 ay 27 gün davam edən prosesin sonunda Menderesin də olduğu 14 nəfər haqqında edam, 31 şəxs barəsində ömürlük həbs qərar çıxarıb. 418 nəfər haqqında isə 6 aydan 20 ilə qədər həbs cəzası və bəraət qərarları çıxarılıb. Bu şəxslərin hamısı Menderes hökuməti dövründə vəzifə tutan şəxslər olub.

Qəribədir ki, sonradan hərbçilərin qurduğu Milli Birlik Komitəsi Cəlal Bayar, Adnan Menderes, Həsən Polatkan və Fateh Rüşdü Zorlu istisna olmaqla digər edam olunacaq şəxslər haqqında əfv qərarı verib. Sonradan Cəlal Bayarın yaşlı olması səbəbindən barəsində edam cəzası ömürlük həbslə əvəz olunub.

Fateh Rüştü Zorlu və Həsən Polatkan 1961-ci ilin 16 sentyabr günü səhər saatlarında edam olunub.

1961-ci ilin 17 sentyabrında xəstə Menderesi müayinədən keçirən hakim onun barəsində sağlamlıq raportu hazırlayıb və türk tarixinin ən işıqlı siyasətçisi asılmaq üçün İmralı adasına aparılıb.

Komandan otağında edam qərarı Adnan Menderesin üzünə oxunub. Bu zaman Menderesin reaksiyası “Allah millətimizə zaval verməsin” şəklində olub. Edam səhnəsinə getməzdən əvvəl Menderes ruhani şəxslə bir neçə dəqiqə söhbət edib. Bunun ardınca ona ağ köynək geyindiriblər.

Menderes edam səhnəsinə çıxdıqda “Həyatla vidalaşmaq üzrə olduğum bu anda dövlətim və millətimə əbədi səadət arzulayıram. Bu anda xanımım və övladlarımı şəfqətlə xatırlayıram” fikirlərini işlədib.

Böyük siyasətçi sentyabrın 17-də, saat 13:21-də İmralı adasında edam olunub.

Onun edamı Türk siyasi tarixində qara ləkə hesab olunur.

Türkiyə Böyük Millət Məclisi 1990-cı ildə qəbul etdiyi qanunla Adnan Menderes, Həsən Polatkan və Fateh Rüşdü Zorlunun günahsız olduğunu təsdiq edib.

Həmin dövrün şahidlərindən olan Adnan Menderesin gəlini Umran Menderes o dövrü xatırlayaraq bildirib ki, bu barədə danışmaq indi də dəhşətlidir:

“Mən o dövrdə gənc qız idim və Mendereslər ailəsinin üzvü deyildim. Ancaq 1961-ci ilin 17 sentyabr tarixi günü Türkiyədə ağır və üzücü gün idi. 1960-cı ildən bu yana qanunu seçkilər vasitəsilə hakimiyyətə gələn siyasətçiləri edam edənlər lənətlənir. Adnan Menderes, Həsən Polatkan və Fateh Rüşdü Zorlunun edamı ailələrini yasa boğdu. Rəhmətlik həyat yoldaşım Aydın Menderes atası Adnan Mendereslə halallaşa bilmədi. Atası ilə son nəfəsində halallaşa bilməməsini ömrünün sonuna qədər özünə dərd elədi. Bu edamlar Türkiyə üçün böyük bir ayıbdır. Seçkilərlə hakimiyyətə gələnlər hakimiyyətdən seçkilərlə getməlidir. Demokratiya bunu deyir. Menderes başda olmaqla demokratiya şəhidlərinin Türkiyəyə göstərdiyi xidmətlər bu günə qədər unudulmayıb, bundan sonra da unudulmayacaq”.

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
Hamısı