Eurasia Diary xəbər verir ki, Yəməndə yaxın qohumların nikahlarından olan 200 nəfərin yaşadığı kənddə genetik xəstəlikdən dolayı 70 nəfər görmə qabiliyyətini itirib.
Mahat kəndi 2015-ci ildən etibarən vətəndaş müharibəsinin caynağından xilas ola bilməyən Yəməndə ən yoxsul yaşayış yerlərindən biridir. Aclıqdan əziyyət çəkən kəndlilərin ən böyük problemlərindən biri kənddə çox yüksək görmə zəifliyidir.